Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uduzdunuz – Özü də necə?!

Qarabağ Çempionlar liqası ilə vidalaşıb

«Qarabağ»ın Kipr klubu ilə cavab oyununa görünməmiş səbrlə baxdım. Çünki bu komanda mənim üçün çox doğmadır. Ona görə yox ki, mən ağdamlıyam. Həm də ona görə ki, bu komandanı uzun illər «dişimiz-dırnağımızla» saxlamışıq, cibimizin pulu ilə dolandırmışıq.

Ədalət naminə qeyd etməliyəm ki, o vaxtlar Ağdam yerində, «Qarabağ» da öz şakərində idi – pis oynamırdı və bizi indiki kimi məyus etmirdi. O vaxtlar komandanın büdcəsi demək olar təkcə oyuncuların əmək haqqından ibarət olardı – çox vaxt məşqçisi heç məvacib də almırdı…

İndi komandanın büdcəsi milyonlarla ölçülür, fəqət, oyunu 5 qəpiyə dəyməz! «Apoel»lə son görüş bunu açıq şəkildə ortaya qoydu.

Bizi naümid və rüsvay etdiniz! Ayıb olsun sizə (bu tənəni Rəşad Sadıqova aid etmirəm)!!! Dayandırın bu rüsvayçılığı – bir daha meydana bu sifətdə çıxmayın!!!

Əcnəbi oyunçuları buraxın getsinlər evlərinə – onlardan bizə silahdaş olmaz. Qoyun, ağdamlılar özləri oynasınlar. Eybi yox, gözləyərik – püxtələşərlər, oynayarlar, Ağdam da dəstək olar. Bizim də indi olduğu kimi, ürəyimizdən qara qanlar axmaz!!!

Qurbanov da özünə başqa bir iş tapar. Bilirəm o, prinsipial adamdır, nə yazıq ki, bu işdə təkcə prinsipiallıq yetərli deyil.

Gedin, qardaşlar, gedin – daha belə oynamayın!!! Bizi üzməyin…

Mirzə Ağ(Azpolitika.info)

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar