Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ucarın kəndi bir ildir susuz qalıb - Video

Ucar rayonunda daha bir kənd su problemi ilə üzləşib.

Baku Tv xəbər verir ki, rayonun Bərgüşad kəndi artıq bir ildən çoxdur ki, susuz qalıb.

Bərgüşad kəndi rayon mərkəzindən 35 kilometr uzaqlıqda yerləşdiyindən kanalın suyu həmin əraziyə qədər gedib çatmır.

Sakinlərin sözlərinə görə, kəndə təsərrüfat suyu ilə yanaşı, içməli suyu da almaq məcburiyyətində qalıblar. 5-6 ton suyu almaq bir ailəyə 30-40 manata başa gəlir. Dəfələrlə yerli sakinlər bələdiyyə və icra nümayəndələrinin qəbulunda olsalar da, nəticəsi olmayıb. Kəndlilər ötən ilin payız aylarında əkdikləri taxıl sahələrini belə suvara bilməyiblər.

Məsələ ilə bağlı Ucar Suvarma Sistemləri idarəsindən şifahi olaraq bildirdilər ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi Bərgüşad kəndi ilə yanaşı, bir neçə kənddə su qıtlığı yaradıb. Ucar rayonunda suvarılan sahələrin 80 faizi Yuxarı Şirvan kanalının, qalan 20 faizi isə Göyçay və Türyan çaylarının payına düşür.

Qeyd edək ki, hazırda Göyçay, Türyan və Yuxarı Şirvan kanalında suyun səviyyəsi normadan çox aşağıdır.

pia.az


Etiket: Ucar


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Sabah xoş xəbəri Xocavənd və Ağdərədən ala bilərik – Erməni etirafı

Deputat Azərbaycana ciddi təzyiq olacağından danışdı

Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video

Nikol etiraf edib ki, generallara qəhrəman adı verməyə tələsib

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi - Video

Qarabağa qanunsuz gedən Solovyov erməni olduğunu etiraf edib - Video

Paşinyanın etirafı: “Azərbaycan artıq bizim razı olduğumuzla razı deyil”

Erməni mətbuatı: Azərbaycan qoşunları Qarabağın dərinliklərinə nüfuz edib

Alimlər insan kəlləsində yeni orqan tapdılar - Tibdə ilk

loading...

Ən çox oxunanalar