Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucarda vaksin çatışmazlığının səbəbi nədir?

Ucar rayonunda vaksin tapılmasında problem yaranıb

ONA-nın yerli bürosunun xəbərinə görə, son günlər it hücumuna məruz qalan rayon sakinləri quduzluğa qarşı vaksinasiya olunmaq üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət etsələr də, xəstəxanadan vaksinin olmadığı bildirilib.

İt hücumuna məruz qalan diabetli şəkər xəstəsi Telman Xudaverdi oğlu İbrahimov təcili xəstəxanaya gedib. Xəstəxananın cərrahiyyə şöbəsinin həkimi Zahir Salahov T. İbrahimova bildirib ki, xəstəxanada vaksin yoxdur.

Rayonda fəaliyyət göstərən apteklərdə quduzluğa qarşı vaksin satılmadığından zərərçəkən sakinlər çıxılmaz duruma düşüblər.
Ucar Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Xaləddin Qafarov ONA-ya bildirib ki, hazırda xəstəxanada quduzluğa qarşı vaksinin olmamasına səbəb rayonda it hücumuna məruz qalanların sayının çoxalmasıdır: “Xəstəxanaya 5 qutu dərman verilib ki, bu da bir xəstəyə 5-6 dəfə vurulan dozadır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, Ucar Rayon Mərkəzi Xəstəxanası tərəfindən vaksin üçün Nazirliyin İnnovasiya və Təchizat Mərkəzinə müraciət olunub: “Lakin müraciət qeyri-iş günü olunduğundan vaksin vaxtında çatdırılmayıb. İtin hücumuna məruz qalan Telman İbrahimova isə quduzluğa qarşı vaksin edilib. Vaksin Göyçay rayonundan gətirilib.Telman İbrahimov əsassız olaraq belə bir iddia irəli sürür, yalan danışır. Sifariş edilmiş vaksinlər gələn həftənin bazar ertəsi Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılacaq”.

Onun sözlərinə görə, bu il ötən dövrlə müqayisədə ölkəyə daha artıq vaksin gətirilib: “Hər təcili tibbi yardım avtomobilinə belə vaksinlər verilib. Vaksinlər it dişləmələrinin sayına müvafiq olaraq regionlara paylanılır və hər hansı rayonda “vaksin tapılmır” - demək düz deyil. Sadəcə olaraq bu məsələ tibb müəssisələrinin rəhbərlərindən də asılıdır. Gərək, onlar vaksin üçün vaxtında İnnovasiya və Təchizat Mərkəzinə müraciət etsinlər. Yenə də qeyd edirəm ki, müraciət qeyri-iş günlərinə təsadüf etdiyindən vaksinlərin çatdırılmasında gecikmə yaranıb. Axı bu il it dişləmələrinin də sayı ötən illə müqayisədə artıb. Ötən il 20 min it dişləməsi qeydə alınsa da, təkcə bu ilin 3 ayı ərzində it dişləmələrinin sayı 5 mini ötüb. Çünki sahibsiz itlərin sayı artıb. Sahibsiz it məsələsinə diqqət ayrılsa, yaxşı olardı”.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar