Çərşənbə, 18 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? — Rəsmi açıqlama

Ucar rayonunun Çiyni kəndi ərazisində yerli əhalini qorxu və dəhşətə salan naməlum tüklü məxluqun axtarışları davam edir

PİA.az xəbər verir ki, sakinlər arasında onun tutulması haqqında şayiələr yayılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında xəbəri təkzib edib:

"Çiyni kəndi ərazisində artıq neçə gündür ki, polis postları qurulub. Amma hələ ki, deyilən naməlum məxluq görünməyib. Axtarışlar aparılır".

Qeyd edək ki, rayon sakinləri gecələr yaşayış məntəqəsinə çıxaraq insanları qorxudan bədheybətin olduğunu iddia edirlər. Buna görə qadın və uşaqlar, bəzən isə hətta kişilər axşamlar küçəyə çıxmağa qorxduqlarını bildiriblər.

pia.az

Etiket: Ucar

Şərh yazın.

loading...