Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç ölkənin Aralıq dənizi savaşına təsir edəcğk əməliyyatı

İngilis agent niyə Ərdoğanın ABŞ səfərindən bir gün əvvəl "öldü"?..

Ergün Diler

“Takvim”, Türkiyə, 15 noyabr 2019-cu il

 

Dünən iki dostumu da yanıma alıb, agent Ceyms Qustav Edvard Le Mezuryenin evinin önünə getdim. Cəsədinin tapıldığı yer evin giriş qapısının önü idi. Küçənin eni, təqribən, 3 metrdir. Düşdüyü deyilən yer də, təxminən, 5 m hündürlükdədir.

İngilis mətbuatı “Ruslar öldürdü” manşetilə çıxdığı halda, bəzi mərkəzlər “Əsəbləri pozulmuşdu. Özünü atdı. İntihar etdi” yanaşmasına üstünlük verir.

Evin önünə gedincə, ağıla ilk gələn isə “İnsan özünü atmaq üçün buranı seçərmi? Burada əlil qalma ehtimalı ölməkdən daha çoxdur” şərhi olur...

Giriş qapısının üzərində, sarmaşıqların içində 2 kamera var. Biri də küçəyə açılan xətt üzərindədir. Hamam tərəfdə yolun iki yönünə də nəzarət edən daha iki kamera mövcuddur.

Le Mezuryeyə yaşadığı evdə müdaxilə olubsa, deməli, evə damdan girilib. Qapıdan çətindir. Başqa yerdə öldürülsə də, cəsədinin kameralara düşmədən küçənin başına buraxılması, demək olar ki, mümkün deyil.

Amma niyəsə mümkün variantlar arasında ağıla ən yatanı yuxu dərmanı qəbul edən ingilis agentin yatdığı yerdə işgəncəyə məruz qalması və öldürülüb atılmasıdır.

Dünən də yazdım: işin doğrusunu sadəcə MKİ, Mİ6 və FSB bilir. Bu, üç ölkənin (ABŞ, Böyük BritaniyaRusiya – tərc.) Orta Şərq və Aralıq dənizinin bölüşdürülməsi uğrunda apardığı savaşa təsir edəcək bir əməliyyatdır.

Nə rusların hadisədən öncə Le Mezuryeni hədəf göstərməsi, nə də ingilis mətbuatının Moskvanı günahlandırması ağılasığan deyil.

Sergey Maqnitskinin vəkili Nikolay Qoroxov 4-cü mərtəbədən yerə düşdü... Rus silahlarının İranSuriyaya satışını araşdıran İvan Safronov 5-ci mərtəbədən düşərək can verdi... Rusiyanın Yekaterinburq şəhərində yaşayan və daha çox Suriyaya dair verdiyi xəbərlərlə tanınan jurnalist Maksim Borodin də eyni sonluğu bölüşdü. Eynilə 14-cü mərtəbədəki bir pəncərədən düşərək ölən Olqa Kotovskaya kimi... Buna bənzər 15-ə yaxın ölüm var.

İngilislər də bunu yazır. Halbuki “Kembric beşliyi” kimi tanınan Kim Filbi, Donald Duart Maklin, Qay Bercess, Entoni Blant və Con Kernkrossdan bu yana İngiltərə ilə Rusiya çox yaxın idi. Rus oliqarxların hara getdiyinə baxınca belə, bunu görmək çox çətin deyil.

ABŞ, Rusiya və İngiltərə öz aralarında şahmat oynayır. Hədəf Rusiya olsa da, digər iki altetrnativ də variantlar arasındadır. Çünki Le Mezurye çox şey bilən bir agentdir. Məsələyə bir az da dərinliyə enərək baxaq...

Yeni dünya nizamı 2019-cu ildə tamamlanmalı idi. Ancaq Tramp, Putin, Ərdoğan və Şi Cinpinq buna əngəl oldu. Yeni dünya nizamı daim Vaşinqtonda planlaşdırılır və 5 qitəyə yayılırdı. Yenə elə olacaqdı. Ancaq Çinin güclənməsi, Rusiyanın Orta Şərq və Aralıq dənizində təsirini artırması, Türkiyənin regional gücündən istifadə etməyə başlaması ilə birlikdə, bu plan çökdü. Tramp “dərin Amerika” ilə problem yaşayınca da, gərginlik daha da artdı.

Putin “Yeni dünya nizamı Moskvadan başlayacaq” dedi. Ayrıca, Putinin “Ölkələrə güvənməyi qəbul etmirəm. Hər bir ölkənin öz maraqları var. Bizim də, Türkiyənin də, ABŞ-ın da öz planları var. Sadəcə bu üç ölkəninmi? Əlbəttə, xeyr. İranın da, Çinin də, Hindistanın da öz maraqları var. Bu səbəblə, hər kəsin müəyyən qazanclar əldə etdiyi bir yeni dünya nizamı xaric, heç bir şeyi ölkələrə qəbul etdirə bilməzsiniz. Bunu ABŞ da anladı. Çətin də olsa, bu reallığı gördü. Avrasiya bölgəsi artıq yeni dünya nizamında təsirli olacaq” sözləri inqilabi xarakterdə idi.

Keçmişdə ABŞ hər ölkəyə bir rol verirdi. Türkiyə ABŞ-ın milli təhlükəsizliyinin başladığı ilk ölkə idi. İndi bu durum dəyişib. Təbii olaraq, ABŞ Türkiyəyə qarşı aqressiv bir davranış içindədir. Məqsədi Ankaraya bədəl ödətməkdir. Bunu Suriya və ya İraq vasitəsilə etməkdə qərarlıdır. Çünki nə qədər görüş olsa da, anlaşma olmadı. Olmayacaq da...

Vaşinqton YPG-dən istifadə etməklə, Türkiyəni problemlə baş-başa buraxmaq niyyətindədir. PKK artıq son istifadə tarixi bitən və dəyəri qalmayan bir terror təşkilatıdır. Ancaq YPG elə deyil. Bir çox ölkə YPG ilə əməkdaşlıq edir. Sahibkar da ABŞ olduğu üçün bu kozırı əsla əldən buraxmayacaq və istifadə etməyə davam edəcək. YPG-nin Türkiyə içində də bir dəyərinin olması Vaşinqtonun iştahını daha da artırır.

Türkiyə Aralıq dənizindən pay istədiyi müddətcə, İraq və Körfəz ölkələrində önə çıxmaq niyyətindən geri addım atmadıqca, bu durum dəyişməyəcək. Anlaşılmalı olan da budur. Çünki yeni dünya nizamında Aralıq dənizi və Orta Şərq neftinin ABŞ şirkətləri vasitəsilə bölüşdürülməsi nəzərdə tutulmuşdu. Əslində, indi də ABŞ şirkətlərinin öndə olduğu görünməkdədir.

150 ildir ki, enerjiyə Vaşinqtondan nəzarət edilir. Ancaq Vaşinqtonun Afrika, Orta Şərq və Asiyadakı enerji qaynaqları üzərində təsirini itirməyə başlaması da bir reallıqdır. Təbii olaraq, bunun önünə keçmək üçün “Savaş lazımdırsa savaş, barış lazımdırsa barış” məntiqi ilə hərəkət edir.

Maraqlıdır, Karaköydə ingilis agentinin öldürülməsi belə, Ərdoğanın ABŞ-a getməsindən bir gün öncə oldu. Ərdoğan Trampla görüşərkən Şanlıurfada kazarmada bombaların partlaması da eyni oyunun başqa səhnəsi kimi görünür.

Xatırlayırsınızsa, Ərdoğan nə vaxt Obama ilə görüşə gedirdisə, bir terror hadisəsi baş verirdi. Hərbçilərimiz hücuma məruz qalırdı. Hamısı Türkiyəyə dünyadakı yerini göstərmək üçün idi. Savaşın terror vasitəsilə aparılması idi. İndi agentlər də işin içindədir.

Türkiyə istədiyini almadan kiməsə bir şey vermir. Hələlik ABŞ, AvropaRusiyanın önündəki ən böyük problem budur. Türkiyə “Bölgə mənimdir” deyincə, işlər qarışır. Hər kəs hər kəslə görüşür və mübarizə aparır. Bu, bitənədək çox adamın canı yanacaq.

ABŞ da kürd dövləti qurmaq arzusundan heç vaz keçməyəcək. İki dövlət arasındakı gərginliyi S-400 və ya “Patriot” vasitəsilə anlamaq şansımız yoxdur. Adamlar YPG ilə kürd dövlətinə doğru yürüyür.

Söyləmədikləri budur.

Nələrin olacağına bu pəncərədən baxarsaq, düşənlərin düşmədiyini, atıldığını görərik...(Tərcümə Strateq.az-ındır)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar