Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Üç meymunu oynamağa üstünlük verirlər“

Politoloq həmsədrlər haqda...

"Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri növbəti dəfə ATƏT-in Minsk Qrupu həmsədlərinin vasitəçiliyi ilə onlayn konfrans keçirdilər. Onlayn konfrans bir saat çəkdi. Həmsədrlərin konfransla bağlı yaydığı bəyanatda bir neçə məqam diqqəti çəkir".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O bildirib ki, ilk olaraq həmsədrlər bölgədəki nisbi sabitliyi müsbət qiymətləndiriblər:

"Həmsədrlər tərəflərin gərginliyin artmaması üçün mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə davam etmələrindən məmnunluqlarını ifadə ediblər.

İkincisi, həmsədrlər son təxribat xarakterli bəyanatların, təhrikedici ritorikanın münaqişənin nizamlanma prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd ediblər.

Üçüncüsü, həmsədrlər münaqişənin hərbi həllinin olmadığını bildiriblər. Onlar tərəfləri atəşkəs rejimini möhkəmləndirmək və xalqları sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırıblar.

Dördüncüsü, həmsədrlər şərtlər imkan verən kimi ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin rəhbərliyi altında monitorinqlərin yenidən bərpasının vacibliyini vurğulayıblar.

Beşincisi, həmsədrlər və xarici İşlər nazirləri iyul ayında daha bir birgə videokonfrans keçirmək və ən qısa zamanda birbaşa görüş barədə razılığa gəliblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin onlayn konfrans barədə yaydığı bəyanatda nazir Elmar Məmmədyarovun Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırdığı bildirilib. Həmsədrlərin yazılı bəyanatında isə bu məsələ barədə bir cümlə də yoxdur. Başqa sözlə, həmsədrləri Ermənistanın işğal altındakı torpaqlar üzərindən Dağlıq Qarabağa qanunsuz çəkdiyi yol narahat etmir. Necə ki, həmsədləri erməni separatçıların Şuşa, LaçınKəlbəcəri məskunlaşdırmaları siyasəti narahat etmir. Halbuki özlərinin hazırladıqları plana görə də Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı və azərbaycanlılar geri qayıtmalıdırlar.

Həmsədrlər həmişəki kimi iki fikrin üzərində xüsusi dayanıblar: “Münaqişənin hərbi həll yoxdur” və “xalqları sülhə hazırlamaq lazımdır”. Ermənistanın baş nazirinin nümayişkənarə şəkildə Şuşaya gəlişləri, burada qondarma andiçmə mərasimi keçirməsi, o cümlədən məskunlaşdırma siyasətinin davam etdirilməsi müharibə ehtimalını ortadan qaldırmadığı kimi xalqları da sülhə yaxınlaşdırmır. Bunu həmsədrlər ya anlamaq istəmirlər, ya da üç meymunu oynamağa üstünlük verirlər".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar