Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç istiqamətdən hücum gözlənilir - Sərhəd yaxınlığında səhra hospitalları da qurulub

ABŞ analitikləri Rusiyanın Ukraynaya hücumunun üç istiqamətini müəyyən ediblər. Bu marşrutların hər üçü dəmir yollarına paralel keçir və logistika baxımından bütün zəruri imkanlara malikdir.

Vaşinqtondakı strateji və beynəlxalq araşdırmalar Mərkəzinin (CSIS) analitikləri Rusiya-Ukrayna sərhədlərindəki hazırkı vəziyyəti, qoşunların cəmləşmə rayonlarını təhlil edərək belə qənaətə gəliblər ki, Rusiya ordusu şimal, mərkəz və cənub istiqamətindən Ukrayna ərazisinə girəcək. Habelə Azov dənizindən dəniz desantının çıxarılması və hava desantının dəstəyi ilə Odessa ələ keçiriləcək, nəticədə Ukraynanın dənizlə əlaqəsi kəsiləcək.

Analitiklərin fikrincə, əgər Rusiya Ukraynaya müdaxiləyə qərar versə şimal istiqamətindən qoşunlar Belarus üzərindən hərəkət edərək Kiyev ətrafındakı müdafiə xəttini kənardan keçəcək. Mərkəz istiqamətindən zərbə daha sonra qərbə istiqamətlənəcək və qoşunlar ölkənin dərinliklərinə doğru irəliləyəcək. Cənub istiqamətindən isə Perekop keçidi üzərindən olacaq.

Fotolar

Mərkəzin analitikləri qeyd edirlər ki, əgər Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri Rusiyanın müdaxiləsinin qarşısını ala bilməsə o zaman Ukrayna daxilində işğalçı qoşunlara qarşı müqavimət hərəkatının formalaşdırılmasına diplomatik, hərbi və kəşfiyyat dəstəyi verməlidir.

ABŞ və tərəfdaşları Rusiyanın Ukraynanı işğal etməsinə yol verə bilməz. Rusiyanın Ukrayna ərazisini tam və ya qismən işğal etməsi onun sənaye imkanlarını, işçi qüvvəsi potensialını və təbii resurslarını o dərəcədə artıra bilər ki, Moskva qlobal təhdidə çevrilər. ABŞAvropa yenidən bu səhvə yol verə bilməz”, - analitiklər qeyd edir.

Xatırladaq ki, Rusiya durmadan Ukrayna sərhədlərinə tanklar və digər zirehli texnika, qırıcı-bombardmançılar, artilleriya və reaktiv yaylım atəşi sistemləri, “İsgəndər-M” operativ-taktiki raketləri cəmləşdirməkdədir. Britaniyanın “Daily Mail” nəşri peyk fotolarına istinadən Ukrayna həmsərhəd ərazilərdə səhra hospitallarının da qurulduğunu bildirir. Bu isə müharibəyə qərar verildiyini göstərən daha bir dəlildir. O cümlədən Rusiya rəsmilərinin son günlərdə istifadə etdikləri ritorika bu ölkənin Ukraynanı işğal planına qərar verdiyinə dəlalət edir. Məsələn, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov son günlərə qədər Ukraynaya hücum planlarını inkar edirdisə indi “Bloomberg”ə müsahibəsində bu ölkə ərazisində hücum silahlarının yerləşdirilməsinin mümkünlüyü haqda danışıb. “Biz inkar etməyə hazırlaşmırıq ki, Ukrayna ərazisində hücum silahları yerləşdirmək planlarımız var”, - Peskov belə deyib.

Ukrayna ərazisində hücum silahlarını isə Rusiya ancaq bu ölkəni işğal edəndən sonra yerləşdirə bilərdi.

virtualaz.org

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar