Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç gündə Belarusda jurnalistlərə qarşı 50-dən çox hücum qeydə alınıb

Belarusda son 3 gündə baş verən etiraz aksiyalarında jurnalistlərə qarşı 50-dən çox hücum qeydə alınıb.

BBC xəbər verir ki, bu barədə məlumatı Belarus Jurnalistlər Assosiasiyası açıqlayıb.

Qeyd olunub ki, mətbuatın bir çox nümayəndəsi müəmmalı şəkildə yoxa çıxır, digərlərinin kamerasını qırır, fləşkartını əlindən alırlar.

Bildirilib ki, avqustun 11-də Belarusun paytaxtı Minskdə BBC-nin əməkdaşlarına hücum baş verib. Belə ki, fərqləndirmə nişanı olmayan bir qrup qara uniformalılar jurnalistlərə yaxınlaşaraq onlardan akkreditasiya sənədini tələb edib.

Qeyd olunub ki, onlar daha sonra müxbirin kartını boynundan qoparıb, kameranı əlindən alıb, onu qırmağa çalışıblar. Akkreditasiya kartını geri tələb edən BBC-nin iki jurnalistinə cavab olaraq güc strukturlarının nümayəndələri operatoru vurub, kameraya isə zərbə endirməyə başlayıblar. Bununla belə, jurnalistlər saxlanılmayıb.

Maraqlıdır ki, avqustun 12-də Belarusun daxili işlər naziri Yuri Karayev jurnalistlərə qarşı aqressiya ilə bağlı KİV-ə birmənalı olmayan açıqlama verib: “Cinayətkarlar və asayiş orqanları arasına girmədikləri halda mənim prinsipial mövqeyim jurnalistlərə toxunmamaqdır”. (Report)

pia.az


Etiket: Belarus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar