Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç deputat Mərakeşə gedir

ATƏT Parlament Assambleyasının (ATƏT PA) payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək...

İclasda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, o cümlədən, qurumdakı Azərbaycan nümayəndə heyətinin digər üzvləri Ülviyyə Ağayeva və Tahir Mirkişili iştirak edəcəklər.

Öncə “Şimal-Cənub əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu keçiriləcək.

Sonra “Avro-Aralıq dənizi regionunda təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşlarının rolu” mövzusunda parlament konfransı öz işinə başlayacaq. Hər iki tədbirdə dünyadakı siyasi durumun aktual məsələləri müzakirə olunacaq.

Daimi Komitənin iclasında ATƏT PA-nın sədri Georgi Seretelinin və Baş katibi Roberto Montellanın, NATO PA-nın sədri Madlen Munun çıxışları dinləniləcək.

Beynəlxalq siyasətin cari məsələlərinə nəzər salınacaq. Qurumun xüsusi komitə və xüsusi nümayəndələrinin fəaliyyətinə dair məruzələr oxunacaq.

Mərakeşdə sessiya çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 7-ci iclası keçiriləcək, cari məsələlərə baxılacaq.

Milli Məclisin deputatları müzakirələrdə yaxından iştirak edəcəklər.

Səfər oktyabrın 8-də başa çatacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar