Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Twitter diplomatiyası: Amerika və İran rəsmiləri bir-birini təhqir edir

Sosial şəbəkədə söz atışması davam edir

“Reuters” agentliyi ABŞ-İran münasibətləri haqqında geniş təhlil yazısı hazırlayıb. Agentlik xatırladır ki, 3 il öncə ABŞ hərbiçiləri səhvən İranın məhəlli sularına daxil olub. İran hərbçiləri 10 nəfər amerikalı dənizçini əsir götürüb. Birləşmiş Ştatların o vaxtkı dövlət katibi Con Kerri bir neçə dəqiqə sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon əlaqəsi yaradıb. Bir neçə saat sonra isə İran tərəfi amerikalı dənizçiləri azad edib.

Bu gün necə, bu iki dövlət arasında belə bir insident yaşansa, problem 3 il əvvəlki kimi qısa zaman kəsiyində öz həllini tapa bilərmi?

Cənab Zərifi “Reuters”in bu sualına “yox” cavabı verib. “Bunun qarşısı necə alına bilər ki?”

Cavad Zərif və ABŞ-ın dövlət katibi Maykl Pompeo heç vaxt bir-biri ilə görüşməyib, heç bir danışıq aparmayıb, İranın BMT-dəki missiyası agentliyə belə məlumat verib. Əvəzində onlar bir-birinin adını taq etməklə Twitter üzərindən və ya media vasitəsi ilə əlaqə saxlayırlar.

Ona görə də adıçəkilən ölkələr arasında baş verə biləcək hər hansı ötəri bir insident anındaca irimiqyaslı hərbi qarşıdurmaya səbəb ola bilər.

“Pompeo İran haqqında danışanda fürsətdən istifadə edib məni təhqir edir. Nədən mən onun telefon zənginə cavab verməliyəm ki?”, - cənab Zərif deyir.

Tramp administrasiyası bu ay İran körfəzinə ciddi hərbi birləşmələr və texnika yeridib. Qırıcı uçaqlar daşıyan gəmilərdən tutmuş “Patriot” raketlərinə qədər ən müasir silahların Yaxın Şərqdə cəmlənməsi onsuz da gərgin olan vəziyyətin nəzarətdən çıxmasına gətirə bilər. Amerika tərəfi iddia edir ki, onlarda olan kəşfiyyat məlumatlarına əsasən İran ABŞ-ın hərbi birləşmələrinə hücum etməyə hazırlaşır.Aydın görünür ki, bu iki şəxs arasındakı münasibətlər düşmənçilik xarakteri daşıyır. Bu isə ekstremal situasiyada ciddi təhlükələrə yol aça bilər. Hərbi qarşıdurmanın yanlış anlaşmadan da yaranması mümkündür. ABŞ xarici siyasətinə məsul olan keçmiş və hazırkı məmurlar, diplomatlar, ABŞ qanunvericilik orqanlarının üzvləri və xarici məsələlər üzrə ekspertlər açıq şəkildə narahatlıq ifadə edirlər.

Amerikalı senator Angus King “Reuters” agentliyinə bildirib ki, hərbi qarşıdurma təhlükəsi hər ötən gün daha da artır. Senator ABŞİranı birbaşa dialoqa başlamağa çağırıb.

Yüksək ranqlı Avropa diplomatı da hərbi böhrandan yayınmaq üçün adıçəkilən ölkələr arasında müəyyən əlaqə kanallarının mövcud olmasının vacibliyini dilə gətirib: “Ümid edirəm ki, ortadakı gərginliyə baxmayaraq, bu ölkələr arasında müəyyən kanallar hələ də işləkdir və bu, proseslərin heç birimizin arzu etmədiyi istiqamətə getməsinə imkan verməyəcək. Ancaq tərəflərin istifadə etdiyi danışıq tərzi həyəcan doğurur”. Diplomat adının gizli qalması şərti ilə agentliyə belə deyib.

“Reuters” agentliyi “3 il əvvəlki vəziyyət yaransa ABŞ İranla necə anlaşacaq” sualına cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü xanım Morgan Ortagus deyib: “Nə vaxt danışıqlar üçün zərurət yaranacaq, bax, onda biz bütün vasitələrdən istifadə edəcəyik”.

O bildirib ki, administrasiya “İrana maksimum təzyiq kampaniyasını” davam etdirir, məqsəd odur ki, İran rəhbərliyi danışıqlar masası arxasına keçsin: ”Əgər İran digər normal ölkələr kimi davranmağa başlasa və getdiyi yanlış yoldan dönsə, biz onlarla dialoqa getmək əzmi nümayiş etdirəcəyik”.

Agentlik xatırladır ki, Obama administrasiyası İranla nüvə anlaşması əldə etmişdi. Prezident Tramp isə həmin anlaşmadan çıxdı. İrana ciddi sanksiyalar tətbiq etdi, xüsusən İrandan neft idxalına qadağa qoydu. İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanıdı.

ABŞ İranın yeni nəsil raket sistemləri yaratmasından narahatdır. İranın Suriya, İraq, Yəmən və başqa ölkələrdə apardığı lokal müharibələr də rəsmi Vaşinqtonun ürəyincə deyil.

Maykl Pompeo cümə günü yazdığı statusda İranın xarici işlər nazirini və prezidentini yenidən təhqir edib və onları “korrupsiyaya uğramış dini mafiyanın öncül şəxsləri” adlnadırıb. Az əvvəl isə Dövlət Departamentinin başqa bir rəsmisi belə yazmışdı: “ Siz haradan bilirsiz ki, @JZarif yalan danışır? Bunu bilməyə nə var ki? Əgər onun dodaqları tərpənirsə, deməli, yalan danışır”.

Cənab Zərif bu kimi təhqirlərə cavab olaraq sosial şəbəkə üzərindən qarışı tərəfi - Maykl Pompeo və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonu psixi qüsurlu şəxslər kimi ittiham edib.

Amerika rəsmiləri isə agentliyə deyib ki, cənab Zərifin Maykl Pompeonun telefon zənginə cavab verməyəcəyi ilə bağlı səslənən iddia ciddi hesab oluna bilməz. Çünki bu böhranın daha da dərinləşməsinə səbəb olar.

ABŞ dövlət katibi isə bildirib ki, narahatlığa heç bir əsas yoxdur: “İranla əlaqə yaratmaq üçün bizim geniş imkanlarımız var”.

Diplomatlar isə deyir ki, Oman, İsveçrə və İraq həm ABŞ, həm də İranla yaxşı münasibətdədir. O da qeyd olunur ki, ABŞ Rusiya üzərindən də İranla danışıq apara bilər. Ancaq bəzi amerikalı yetkililər bu varianta qarşı çıxır. Onlar deyirlər ki, belə bir şeyi Rusiyaya etibar etmək olmaz.

Keçmiş hərbçi, konqresmen Mixail Valtz isə ABŞ-la İran arasında qaynar xətt vacibdir. Admiral Kevin Donegan isə bildirib ki, vasitəçilər üzərindən aparılan danışıq böhran zamanı arzu olunan deyil. Bir yanlış anlaşma vəziyyəti nəzarətdən çıxara bilər.(musavat.com)

https://www.reuters.com/article/us-usa-iran-communication-insight/why-u-s-iran-tensions-could-quickly-escalate-into-a-crisis-idUSKCN1SU11V

pia.az


Etiket: ABŞ İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar