Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tusk: “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq daha da gücləndiriləcək”

“Avropa İttifaqı “Şərq tərəfdaşlığı”na üzv ölkələrlə əməkdaşlığı daha da gücləndirəcək”

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Batumidə “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O deyib ki, tərəfdaş ölkələrlə siyasi və iqtisadi inteqrasiyanın davam etdirilməsi və daha da gücləndirilməsi üçün yeni imkanlar nəzərdən keçiriləcək: “Əməkdaşlğın daha da güclü olması üçün dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti və biznes ictimaiyyətinin də dəstəyi tələb olunur. “Şərq tərəfdaşlığı” proqramının uğurlu olmasını gündəlik həyat təsdiq edir”.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” (“European neighbourhourd”) proqramı Avropa İttifaqının layihələrindən biridir. Proqram 2008-ci il mayın 7-də qurumun Praqada keçirilən sammitində qüvvəyə minib. Layihə Polşa və İsveç tərəfindən irəli sürülüb. Proqram Avropa İttifaqı və altı tərəfdaş ölkə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüsdür. Şərq tərəfdaşlığının əsas hədəfi 6 post-sovet respublikasının Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

pia.az


Etiket: Donald Tusk

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar