Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə mətbuat konfransı keçirilib - Foto

Sentyabrın 28-də Qazaxıstanın Türküstan şəhərində keçirilmiş TÜRKPA-nın 10-cu plenar iclasının yekunlarına dair mətbuat konfransı olub. Mətbuat konfransında Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təşkilat qarşısında dayanan vəzifələrin icrası baxımından 10-cu plenar iclasın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri deyib ki, gündəliyə daxil olan bütün məsələlər işgüzar şəraitdə geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Tədbirin Türküstan şəhərində keçirilməsinin böyük önəm daşıdığını deyən Milli Məclisin sədri Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ölkənin tərəqqisi üçün gördüyü işləri yüksək qiymətləndirib.

Yekunda Türküstan Bəyannaməsinin qəbul edildiyini bildirən spiker Sahibə Qafarova jurnalistlərə məlumat verib ki, Bəyannamədə Türk dünyasına aid bir çox önəmli məsələlər, o cümlədən Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünü bərpa etməsi kimi mühüm məsələ öz əksini tapıb. Sənəddə həmçinin 2021-ci ilin 15 iyun tarixində imzalanmış Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlığın daha da genişlənməsinə və bölgədə dayanıqlı sabitliyin təmin edilməsinə yönəlmiş Şuşa Bəyannaməsi təqdirlə qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasının tranzit və ticarət potensialına böyük töhfə verəcəyi vurğulanıb.

Azərbaycan parlamentinin rəhbəri əminlik ifadə edib ki, toplantıda qəbul edilən qərarlar türkdilli ölkələrin rifahına xidmət edəcək, dövlətlərarası münasibətləri daha da möhkəmləndirəcək.

Milli Məclisin sədri təşkilatın fəaliyyətdə olan sədrinə və həmkarlarına uğurlar arzulayıb.

Sonra tədbirdə jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar