Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkmənistanın seçimi - Xəzərin suları br dəfə də Türk Dünyası üçün yüksələ bilərmi?

Türkmənistanın Xəzər dənizinin dibi ilə təqribən 30 milyard kubmetr qazı Azərbaycandakı boru kəmərinə, oradan da Avropaya çatdıra biləcəyi variant daha da güclənir...

Kürşad Zorlu
“Habertürk” qəzeti, Türkiyə, 4 noyabr 2021-ci il

Türk xarici siyasət tarixinin ən çətin və kövrək dövrlərindən biri yaşanarkən Türk Dünyası üçün lazımi fürsətlər qaçırılmamalıdır. Təəssüf ki, Türkiyənin çoxşaxəli diplomatiyasını itirməməsi vacib olan bu imkanları korlaya bilər. Bu gün sizinlə ən yeni, Xəzərin sahili ilə bağlı bir faktı paylaşacağam.

İllər əvvəl 1999-cu ildə Türkmənistanın qurucu prezidenti Türkmənbaşı o zamankı energetika nazirinə: “Mən sizin siyasətçiləri başa düşmürəm. Gedib bizim 70 dollara verəcəyimiz qazı Rusiyadan iki qat baha alırsan. Heç öz xalqını düşünmürsən? Təbii qaz ehtiyatlarımız Türkiyənin 500 illik ehtiyacını ödəməyə kifayət edir”, deyərək Türkiyə hökumətinə qat münasibətini bildirmişdi. O zaman Türkmənbaşı 1000 kubmetr təbii qazı 70 dollara verməyə hazır idi. Eyni tarixdə Türkmənistandan alacağı 20 milyard kubmetr təbii qazın 1000 kubmetrinə Rusiyanın 36 dollar ödədiyini və bu qazın Türkiyəyə 117 dollara satılacağını nəzərə alsaq, bu təklifdən imtina etmək çətin məsələ idi.

Amma bu baş vermədi. Əslində Rusiyaya Türkiyənin etdiyi bu jestin qarşılığında geostrateji şəraitin formalaşdığını da demək olmaz.

Bu gün analoji mübahisə yenidən alovlanır. Bildirilir ki, noyabrın 12-də Türk Şurasına üzv olmağa hazırlaşan Türkmənistan TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan xətti) və TCP (Trans-Xəzər Boru Kəməri) arasında seçim edə bilər.

Türkmənistan dünya təbii qaz ehtiyatlarının 11%-nə malikdir. Başqa bazarlara çıxmaq istəsə də, illərdir buna nail ola bilmir və qazın böyük hissəsini Rusiya və Çinə verir. Burada da bir növ asılılıq var. Nəticə etibarı ilə bu, həm də Türkmənistanın xarici siyasətində müəyyənedici amildir.

Əfqanıstanda “Taliban”ın yenidən hakimiyyətə gəlməsindən sonra, daha əvvəl razılaşdırılmış TAPI layihəsi yenidən gündəmdədir. Ötən həftə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov böyük nümayəndə heyəti ilə Kabildə “Taliban”ın baş naziri Molla Həsən Axundla görüşüb. Bundan əvvəl, Kərzai və Qəni dövründə də danışıqlar olub.

TAPI xətti ilə təxminən 33 milyard kubmetr qazın Türkmənistandan Əfqanıstana, oradan da Pakistan və Hindistana ötürülməsi nəzərdə tutulur. Bunun 14 milyard kubmetri Pakistan və Hindistana çatacağı halda, 5 milyard kubmetri Əfqanıstanda qalacaq. Bu, həm də o deməkdir ki, Əfqanıstan ildə 1 milyard dollar transfer gəliri əldə edə bilər.

Bununla belə, iki vacib sual var.

Birincisi, boru kəmərlərinin təhlükəsizliyi qısa və uzunmüddətli perspektivdə necə təmin olunacaq? Bundan əvvəlki Əfqan hökuməti kəməri qorumaq üçün təxminən 7000 əsgərdən ibarət xüsusi qüvvə yaratmağı vəd etmişdi. Əfqanıstan hökuməti: “Biz bu layihənin həyata keçirilməsi üçün heç bir fədakarlıq etməkdən çəkinməyəcəyik”, desə də, təhlükəsizlik problemlərini həll etməyi bacarmamışdı. Yeni qurulan “Taliban” höküməti də bu təminatı verə bilmir. Çünki “Taliban” administrasiyasının gələcəyi qeyri-müəyyən olaraq qalır və Əfqanıstandan keçəcək olan 775 km-lik xəttin mühafizəsi “Taliban” üçün də qeyri-mümkün görünür. Eyni zamanda kəmərin Pakistan və Hindistan arasında olan ərazidə də tranzit təhlükəsizliyi məsələsi də var. Bir gün Pakistan qəfildən Hindistana qaz nəqlini dayandırsa nə olacaq?

İkinci isə sual budur ki, investisiya üçün lazım olan büdcə haradan gələcək?

Birinci mərhələdə 10 milyard dollarlıq büdcədən söhbət gedirdi. Lakin artıq bu layihə 40 milyard dollar olaraq dəyərləndirilir. Hazırda Çinin bu sərmayəni üzərinə götürə biləcəyi düşünülür. Çünki Çin artıq bu ölkələrlə iqtisadi əsasda geosiyasi əlaqələrə və maraqlara malikdir.

Bu məqamda Türkmənistanın Xəzər dənizinin dibi ilə təqribən 30 milyard kubmetr qazı Azərbaycandakı boru kəmərinə, oradan da Avropaya çatdıra biləcəyi variantı da gündəmdəir. TANAP layihəsinin gücünü 60 milyard kubmetrə çatdırmaq mümkündür və Türkmənistan qazı bu əlavə transferi asanlıqla ödəyə bilər. Üstəlik, qazın qiymətinin artması və “Şimal axını 2”nin tamamlanmasıyla Avropanın Rusiyadan asılılığın artacağı da Türkmənistan qazının bu yolla ötürülməsini daha real maraqlar daxilinə gətirir.

Bu layihənin reallaşması təbii ki, Xəzərə qonşu dövlətlərin razılığından asılıdır. Lakin bu da, o qədər asan deyil.

Azərbaycanla Türkmənistan arasında bəzi münaqişələr ilin əvvəlində xeyli dərəcədə istiləşib və həll görünmür. Qazaxıstan da bu məsələdə Azərbaycan və Türkmənistana dəstək olacaq. Təbii ki, ortada İran da var, Rusiya da...

Belə bir transmilli layihəyə Qarabağdakı prosesləri də əlavə etsək, bu əslində türk dünyasını boru kəmərləri ilə bir-birinə bağlamanması deməkdir.

Amma bu layihənin irəliləməsi üçün Türkiyənin güclü olmalı və Ankara qətiyyətini ortaya qoymalı, eyni zamanda Türk Şurası əməkdaşlığını daha da möhkəmləndirməlidir. Və unutmaq olmaz ki, belə dövrlərdə Türk Dünyasının arasında bəzi ixtilaf cəhdləri ola bilər və buna görə də diqqətli olmaq lazımdır...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar