Cümə axşamı, 20 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Türkmənistan prezidenti: Xəzər regional logistika mərkəzi yaradılsın

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzər regional logistika mərkəzinin yaradılması təklifi ilə çıxış edib

Bu barədə Q. Berdıməhəmmədov I Xəzər İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin ərazisinin şərqdə Cənubi Asiya və Asiya-Sakit okean regionuna, qərbdə Qara və Aralıq dənizlərinə, cənubda İrandan keçərək Yaxın və Orta şərqə, şimalda isə Rusiyadan keçərək Baltik dənizinin sahillərinə birbaşa çıxışı var.

Türkmənistan prezidenti qeyd edib ki, belə konfiqurasiya bütün 4 istiqamətdə davamlı marşrutların yaradılması üçün imkanlar açır və onların normal işləməsi üçün Xəzəryanı dövlətlər öz aralarında yaxşı nəqliyyat əlaqəsi sistemi yaratmalıdır.

O vurğulayıb ki, region ölkələri müasir liman infrastrukturu qurmalı, effektiv logistikanı təmin etməli və nəqliyyat sahəsində əməkdaşlıq planı üzərində daha aktiv çalışmalıdır. (apa)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


loading...

Ən çox oxunanalar