Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəyə nüvə silahına sahib olmaq haqqı verilə bilərmi? - İsrailə rəğmən...

ABŞ başda olmaqla İsrailin böyük nüvə arsenalına sabib olmasına göz yuman Qərb dövlətləri, o cümlədən Çin və Rusiya Türkiyənin nüvə dşvləti olmasına xoş qarşılaya bilərlərmi?

Politoloq: “Ərdoğanın nüvə silahı ilə bağlı dediyi fikirlər dünya ictimaiyyətinə xəbərdarlıq mesajı olaraq çatdırılmalıdır”.

“Bu gün dünyada 2 milyarddan çox müsəlman olmasına rəğmən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi dövlətləri arasında nədənsə, bir dənə də olsun müsəlman dövləti yoxdur”.

Bu fikirləri politoloq Natiq Miri Türkiyə prezidenti Ərdoğanın ölkəsinin nüvə silahına sahib ola bilməsi haqqında fikirlərini PİA.az-a şərh edərkn qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “birilərinin əlində nüvə başlıqlı raket var, bir deyil, iki deyil... Amma mənim əlimdə nüvə başlıqlı raket yoxdur. Mən bunu qəbul etmirəm. Hazırda dünyanın inkişaf etmiş ölkələrində, haradasa, nüvə başlıqlı raketi olmayan ölkə yoxdur” çıxışından sonra dünyanın diqqəti bir daha nüvə başlıqlı silahlara sahib olan ölkələrə yönəlib.

Xatırladaq ki, hazırda sadəcə 9 ölkə nüvə başlıqlı raketlərə sahibdir.

II Dünya Müharibəsində qələbə çalan və Birləşmiş Millətlər Təşkilatının daimi üzvləri olan ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin beynəlxalq razılaşmalara əsasən nüvə silahına sahib olma haqqı əldə edib və bu ölkələr həmçinin BMT-nin əsas idarəedici qurumu olan Təhlükəsizlik Şurasının daimi üzvləridir.

Daha sonra Hindistan, Pakistan və Şimali Koreya da nüvə silahı istehsal edən ölkələr siyahısına daxil olub. Şimali Koreyanın nüvə başlıqları daşıya biləcək uzunmənzilli ballistik raket istehsal etmə cəhdləri bir müddət dünya gündəminin əsas materalı oldu. Buna görə ABŞ və Şimali Koreya hərbi münaqişənin bir addımlığına qədər gəlib çıxdı.

Daha əvvəl Cənubi Afrika Respublikası da müəyyən sayda nüvə bombası istehsal etməyi bacarmış, lakin ölkənin demokratiyaya keçid etməsilə birlikdə bu silahlar məhv edilmişdi.

Qeyd edək ki, rəsmi şəkildə etitaf olunmasa da İsrail də nüvə başlıqlarına sahib olduğunu gizlətmir.

Bütün xarici qaynaqlar İsrailin nüvə silahı sahibi dövlət olduğunu və yüzlərlə nüvə silahından ibarət arsenala mailk olduğunu təxmin edir. İsrail dövləti isə bu mövzuda “sirr siyasəti” yürüdür. İsrail nüvə silahına sahib olduğunu rəsmi şəkildə nə təsdiq, nə də təkzib edir.

Bəs Türkiyənin nüvə silahı yaratması imkanlarını necə dəyərləndirmək olar və Ərdoğan nüvə silahı əldə etməklə bağlı addımlar atarsa, Türkiyə İranın üzləşdiyi problemlərlə üzləşə bilərmi? Həmçinin ABŞ başda olmaqla Qərb dövlətləri, o cümlədən Çin və Rusiya Türkiyənin bu addımlarını normal qarşılaya bilərlərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu gün İsrail bir neçə dövləti məhv edəcək nüvə silahına malik ola bilirsə və bunu dünya gücləri çox rahatlıqla həzm edə bilirsə, demək ki, Türkiyə kimi digər müsəlman ölkələri də həmin məntiqlə nüvə silahına malik ola bilər”.

Rəcəb Tayyib Ərdoğanın nüvə silahı ilə bağlı açıqlamasını dünyada mövcud olan ədalətsizliyə bir işarə kimi qiymətləndirən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Ərdoğan bu sözləri ilə bütün dünyanın diqqətinə dünyada böyük bir ədalətsizlik sisteminin mövcud olduğunu çatdırıb:

“Əslində Rəcəb Tayyib Ərdoğanın bu açıqlaması dünyada mövcud olan ədalətsizliyə bir işarədir. Yəni Ərdoğan bununla demək istəyir ki, necə ola bilər ki, dünyada barmaqla sayılan bir neçə dövlət nüvə silahına sahib olur, amma digər dövlətlərə bunu qadağan edirlər? Həmçinin necə ola bilir ki, Yaxın Şərqdə ABŞ-ın strateji müttəfiqi sayılan kiçik İsrail dövləti qeyri-rəsmi də olsa, nüvə silahına malikdir? Amma regionda böyük müsəlman dövləti olan İran dövləti nüvə silahı deyən kimi dərhal bütün dünya dövlətləri tərəfindən sanksiyalara məruz qalır. Ərdoğan bütün dünyanın diqqətinə çatdırdı ki, dünyada böyük bir ədalətsizlik sistemi mövcuddur.

Bu gün dünyada 2 milyarddan çox müsəlman olmasına rəğmən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri arasında nədənsə, bir dənə də olsun müsəlman dövləti mövcud deyil. Bu məsələ dünyada mövcud olan ədalətsizliyin bariz nümunəsi deyilmi? Ərdoğan Birləşmiş Millətlər Təşkilatında təcili islahatların keçirilməsi barədə fikirləri böyük tribunadan, yəni BMT tribunasından səsləndirib. Ərdoğan hətt onu da ifadə edib ki, dünya 5 dövlətin iradəsindən asılı ola bilməz.

Bildiyimiz kimi Şərqdə, Asiyada Hindistan Çin kimi qüdrətli və əhalisi çox ölkələr mövcuddur. Həmçinin Türkiyə, İran, Pakistan kimi böyük müsəlman ölkələri mövcuddur ki, bunlar da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlüyündə iştirak etmirlər.

Bir nüansı da qeyd edim ki, nüvə silahı məsələsində məhz İsrailin adının çəkilməsi dünya ictimaiyyətində çox böyük rezonans yaratdı. Məlumdur ki, İsrailin əhalisi az və ərazisi də İran və başqa müsəlman ölkələrinin ərazisindən qat-qat kiçik olmasına baxmayaraq bir neçə ölkəni məhv edə biləcək nüvə silahlarına malikdir. Çox maraqlıdır ki, bu fakta bütün dünya gücləri göz yumur. Bu məsələni də dünya ictimaiyyətindən çox rahatlıqla gizlədə bilirlər.

Natiq Miri: “Türkiyə dövlətinin nüvə silahı əldə etməsi üçün potensial imkanlar mövcuddur”.

Amma əslində bu məsələ gizli deyil. Çünki bu məsələni ABŞ, Avropa Birliyi, Rusiya kimi dövlətlər bilməmiş deyil. Sadəcə kimsə bunu dilə gətirmir.

Ərdoğan da Türkiyənin gələcəkdə nüvə silahına malik olma imkanlarını qabartmaqla dolayısı ilə İsrail dövlətinin bu ədalətsizlik sistemində çox rahatlıqla yer aldığını dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Yəni bu gün İsrail bir neçə dövləti məhv edəcək nüvə silahına malik ola bilirsə və bunu dünya gücləri çox rahatlıqla həzm edə bilirsə, demək ki, Türkiyə kimi digər müsəlman ölkələri də həmin məntiqlə nüvə silahına malik ola bilər.

Türkiyə dövlətinin nüvə silahı əldə etməsi üçün potensial imkanlar mövcuddur. Artıq Türkiyə bu istiqamətdə konkret araşdırmalar aparmağa başlayıb. Həmçinin Türkiyə və Rusiyanın bağladığı müqavilə çərçivəsində Türkiyədə “Ak kuyu” atom elekrtik stansiyaları tikilməkdədir. Belə olan təqdirdə, təbii ki, Türkiyə getdikcə nüvə silahını əldə etməyə potensial olaraq daha da yaxınlaşmaqdadır.

Hesab edirəm ki, Ərdoğanın nüvə silahı ilə bağlı dediyi fikirlər dünya ictimaiyyətinə xəbərdarlıq mesajı olaraq çatdırılmalıdır. Yoxsa ki, Ərdoğan və digər müsəlman ölkələr nüvə silahı əldə etmək üçün heç bir mübarizə aparmırlar. Bildiyimiz kimi bu islamın qayəsinə uyğun olmayan bir fəaliyyətdir. Amma bu gün bütün dünya dövlətləri digər dövlətləri nüvə silahı ilə təhdid edirlərsə, hətta bu gün nüvə silahı çox rahatlıqla caydırıcı ola bilirsə, təbii ki, o dövlətlər də məcburi qaydada nüvə silahı əldə etmək istəyəcəklər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar