Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin yeni vizyonu - Ankaranın nüfuz dairəsi Yaxın Şərqdən Çinə qədər uzanacaqmı?

Səfirlərin 13-cü konfransı Ərdoğanın və Çavuşoğlunun Türkiyənin yaxın 5 ildə siyasi strategiyasının hansı istiqamətlər üzrə cərəyan edəcəyinin açıqlanması ilə yadda qaldı...

Politoloq: “Türkiyə Avropa Birliyindən imtina etməyib və hələ də Birliyə qəbul edilməyini gözləyir. Amma Türkiyənin Avropa Birliyinə qəbul edilməyəcəyi təqdirdə rəsmi Ankarının da boş duracaq niyyəti yoxdur”.

“Ancaq 2023-cü il çekilərindən sonra biz deyə bilərik ki, Türkiyə Ərdoğan iqtidarı ilə yeni vizyona çata biləcək, ya yox”.

Bu sözləri politoloq Turan Rzayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin xarici siyasət prioritetlərinin açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Konyada keçirilən Səfirlərin 13-cü konfransı Rəcəb Tayyib Ərdoğanın və Çavuşoğlunun həm Avropa Birliyi-Türkiyə, həm də NATO-Türkiyə münasibətlərinə, ümumiyyətlə Türkiyənin Yaxın Şərq, Qafqazlar, Asiya, Avropa münasibətləri ilə bağlı çıxışlarında verdikləri açıqlamalarla yadda qaldı. Türkiyə prezidenti və xarici işlər naziri yaxın 5 ildə Ankaranın xarici siyasətdəki proritetlərini açıqladılar və Türkiyənin siyasi strategiyasının hansı istiqamətlər üzrə cərəyan edəcəyinin mesajlarını verdilər. Eyni zamanda Ərdoğan İrəvana da xəbərdarlıq edərək Türkiyə-Ermənistan münasibətlərinin Ermənistanın Azərbaycanla münasibətlərindən asılı olduğunu vurğuladı.

Türkiyənin mövcud xarici siyasətdəki hədəflərini necə dəyərləndirmək olar? Ümumiyyətlə Türkiyə açıqladığı xarici siyasət prioritetlərinə yaxın 5 ildə çata bilərmi?

Türkiyənin qarşıdakı siyasətini PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Əgər “Türk NATO”su yaradılsa, bəlkə də, Türkiyə nə vaxtsa, NATO-dan çıxarıla bilər”.

Dünyada baş verən hadisələrə görə Türkiyənin 5 illik fəaliyyətini proqnoz etməyin çətin olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, Ankaranın xarici siyasəti heç zaman olmadığı qədər aktivdir və bu aktivlik Türkiyənin regional güc olaraq sahib olduğu vizyonun göstəricisidir. Politoloq bildirib ki, dünyada gedən proseslər çox sürətli olduğu üçün 5 ildən sonra nələrin olacağını proqnoz etmək çox çətindir. Amma Türkiyənin atdığı addımlar 5 ildən sonra olmasa da, yaxın 10 il müddətində özünü göstərəcək və böyük ehtimalla 10-15 ildən sonra biz tamamilə fərqli Yaxın Şərqin, Mərkəzi Asiyanın və Cənubi Qafqazın mövcudluğunun şahidi olacağıq:

“Hazırda Türkiyə- Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Təbii olaraq bu, ölkələrin xarici siyasət prioritetlərinə də təsirsiz olmur. Ümumilikdə Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin maraqlarını hər zaman qoruyub. Bu gün də proses davam etməkdədir. Səfirlərin 13-cü konfransında da dövlət liderlərinin etdikləri çıxışlar ölkələrin indiki münasibətlərinin göstəricisidir.

Bu gün Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması həm Ankara, həm də İrəvan üçün vacibdir. Amma sərhədlərin açılmasını indi əsasən Ermənistana lazımdır. Çünki Ermənistan tərəfinə Qərbin böyük təzyiqləri var ki, sərhədlər açılsın və Qərbə interasiya prosesi başlasın. Bunu Türkiyə də yaxşı bilir. Türkiyənin bu mövzuda şərtləri əvvəldən bəllidir. Türkiyə qeyd edib ki, Azərbaycanın maraqları Türkiyənin maraqlarıdır. Türkiyə və Ermənistan arasında olanlar ilkin təmaslardır və bu təmasların hər an dayanması ehtimalları da var. Bu ehtimallar da Ermənistan tərəfinin atacağı addımlardan asılıdır. son verdiyi mesajıardan da bəlli oldu ki, Türkiyənin mövqeyi dəyişməyib.

Türkiyənin xarici siyasəti daha qlobaldır və supergüc səviyyəsində siyasi prioritetləri mövcuddur. Ərdoğan və Çavuşoğlu dediyi kimi Avropa Birliyi-Türkiyə, həm də NATO-Türkiyə münasibətlərini, Türkiyənin Yaxın Şərq, Qafqazlar, Mərkəzi Asiya və Avropa məsələlərində nüfuz sahibi olmaq Türkiyənin başlıca siyasi hədəfləridir. Türkiyə Avropa Birliyindən imtina etməyib və hələ də Birliyə qəbul edilməyini gözləyir. Amma Türkiyənin Avropa Birliyinə qəbul edilməyəcəyi təqdirdə rəsmi Ankarının da boş duracaq niyyəti yoxdur. Bu gün də Türkiyə Rusiya ilə yaxınlaşaraq heç də boş dayanın Brüsseldən gələn siqnallarla davranmayacağını ortaya qoyur. Ən əsası Türkiyə artıq Asiyadan Avropaya uzanan bütün yolların mərkəzinə çevrilməkdədir ki, bu da Ankaranın böyük uğurudur və Ərdoğan höküməti bu yolda son 5 ildə ciddi nailiyyətlərə imza atıb. Bu siyasət təbii ki. davam edəcək və daha da şaxələnəcək. Ona görə də AB-də olmadığına görə Türkiyə deyil, Brüssel narahat olmalıdır.

Turan Rzayev: “Ərdoğan Türk Birliyinin ikişafı istiqamətində addımlar atır. Bu isə yenidən doğulmaqda olan Çinlə Avropa arasında yeni bir bufer zonanın yaranması deməkdir”.

Əslinə baxanda bu gün Avropa Birliyi hər nə qədər dövlətləri cəlb etsə də, Türkiyə bu modeli uzun müddətdir izləyir və Türk Birliyi modelini Avropa Birliyinə bənzər formalaşdırmağa çalışır. Yəni Türkiyə B planı olaraq Ərdoğan Türk Birliyinin ikişafı istiqamətində addımlar atır. Bu isə yenidən doğulmaqda olan Çinlə Avropa arasında yeni bir bufer zonanın yaranması deməkdir. Türkiyənin əsas hədəflərindən biri məhz budur və hesab edirəm ki, yaxın 5 ildə bu sahədə ciddi sayılacaq uğurlara nail olmaq mümkün olacaq.

Bu gün Türkiyəni NATO-suz, NATO-nu da Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Bir çox hallarda Türkiyənin NATO-dan çıxması kimi fikirlər səslənsə də, Türkiyənin belə bir addım atacağını düşünmürəm. Çünki NATO Türkiyə üçün bir “qalxan” rolunu oynayır. Rusiya və Çinin Avropaya “axınının” və bu “axınının” yaratdığı təsirlərin qarşısının alınmasında Türkiyə əvəzsiz rol oynayır və əslində NATO Türkiyənin “qalxanı” olduğu kimi, Türkiyə də Avropanın “qalxanıdır”. Ona görə də mümkündür ki, Türkiyə-NATO münasibətləri daha da inkişaf etsin. Amma paralel olaraq Türk NATO-sunun da formalaşması istiqamətində addımlar atılır. Əgər “Türk NATO”su yaradılsa, bəlkə də, Türkiyə nə vaxtsa, NATO-dan çıxar.

Əslinə qalsa Ankaranın Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti Türkiyənin son 100 ildə etmək istədiyi siyasi addımlardan biridir. Buna Türkiyənin “ana yurda” açılımı da demək olar. Mərkəzi Asiyaya Türkiyənin birbaşa çıxışı olmadığı üçün Azərbaycan üzərindən bu addımlar atılır. “Zəngəzur dəhlizi”nin açılmasında da Türkiyə maraqlıdır. Türkiyənin bu marağının pərdəarxasında duran başlıca səbəb də əslində, Mərkəzi Asiya ölkələrinə açılımı əldə etməkdir. Hər nə qədər coğrafi olaraq Ermənistan Türk Dünyasını ayıran sədd olsa da, “Zəngəzur dəhlizi”nin istifadəyə verilməsi gələcəkdə Türk Dünyasının vahid bir xətt üzrə birləşməsi mənasına gəlir.

Türkiyənin xarici siyasətindəki prioritetlərinə nail olub-olmayacağını gələn ilin seçkilərində görəcəyik. Bildiyimiz kimi 2023-cü il Türkiyədə seçki ili olacaq. Əslinə qalsa, Ərdoğan özünə yeni vizionlar çəkərək, 2023-cü il seçkilərinə hazırlıq görür. Yəni Ərdoğan bildirdi ki, onlar seçkidə qalib gəlsələr, yaxın 5 ildə xarici siyasətdə bu uğurlara imza atacağıq.

Turan Rzayev: “Rusiya və Çinin Avropaya “axınının” və bu “axınının” yaratdığı təsirlərin qarşısının alınmasında Türkiyə əvəzsiz rol oynayır və əslində NATO Türkiyənin “qalxanı” olduğu kimi, Türkiyə də Avropanın “qalxanıdır””.

Bu gün dünyada bioloji və iqlim müharibəsinin getdiyini görürük. Təbii resurslar uğrunda mübarizə günü-gündən güclənməkdədir. Həmçinin yeni viruslar, pandemiyalar fortaya çıxır. Hibrid müharibələr isə artıq öz yerini qaynar müharibələrə verib. bu dönəmdə Ankaranın xarici siyasəti heç zaman olmadığı qədər aktivdir və bu aktivlik Türkiyənin regional güc olaraq sahib olduğu vizyonun göstəricisidir.

Dünyada gedən proseslər çox sürətli olduğu üçün 5 ildən sonra nələrin olacağını proqnoz etmək çox çətindir. Amma Türkiyənin atdığı addımlar 5 ildən sonra olmasa da, yaxın 10 il müddətində özünü göstərəcək və böyük ehtimalla 10-15 ildən sonra biz tamamilə fərqli Yaxın Şərqin, Mərkəzi Asiyanın və Cənubi Qafqazın mövcudluğunun şahidi olacağıq.

Onu da qeyd edim ki, əvvəlki illərə baxanda Ərdoğanın reytinqi Türkiyədə aşağı düşüb. Hesab edirəm ki, 2023 seçkilərində Rəcəb Tayyib Ərdoğan yenə qələbə qazanacaq. Amma bu qələbə cuzi fərqlə olacaq. Ancaq bundan sonra biz deyə bilərik ki, Türkiyə Ərdoğan iqtidarı ilə yeni viziona çata biləcək, ya yox”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar