Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin “WediaCorp” şirkəti müğənnilərimizə 200 min dollardan çox pul “atdı”

Azərbaycanda bir müddətdir fəaliyyət göstərən Türkiyənin “WediaCorp” şirkəti ilə məşhur müğənnilər arasında qalmaqal yaşanıb. Belə ki, agentliyin Azərbaycan üzrə menecerləri sənətçilərin “YouTube” gəlirlərini mənimsəməkdə ittiham edilib.

PİA.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən xəbər tutan şirkətin rəhbəri Funda Şən İstanbuldan Bakıya gələrək zərərçəkən sənətçilərlə görüşüb. Məlum olub ki, müğənnilər - Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, bəstəkar Ruslan Səfəroğlu və Nəfəs kimi bir neçə tanınmış simaların ümumilikdə 200 min dollardan çox pulu mənimsənilib.

Ən çox zərərçəkən isə Şəbnəm Tovuzlu olub. Dörd ildir çalışdığı şirkətin azərbaycanlı menecerləri tərəfindən müğənninin 100 min dollara yaxın pulu “yeyilib”.

“WediaCorp” direktoru Funda Şən məlumatı sayta təsdiqləyib. O, azərbaycanlı menecerlərlə əməkdaşlığa son qoyduğunu qeyd edib:

“Məlumat doğrudur. Azərbaycanda heç bir menecerlə işləməyəcəyəm. Hamısının mərkəzi ofislə əlaqəsini kəsdim. Ortada gəzib pul qazanan insanlardır. Rəqəmlər də doğrudur. 140-200 min dollara yaxın pul mənimsənilib. Çox olub ki, az olmayıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar