Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin TANAP-ın keçdiyi regionlarına 33 ambulans veriləcək

Razılaşma imzalanıb

Azərtac TANAP-a istinadla xəbər verir ki, sosial və ətraf mühit investisiya proqramı (SEIP) çərçivəsində boru kəməri marşrutu boyunca kənd yerlərində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tam təchiz edilmiş ambulansların verilməsi nəzərdə tutulur. Bunun üçün TANAP-ın baş direktoru Saltuk Düzyol və Türkiyə Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Xidmətinin baş direktoru Semih Korkut razılaşma imzalayıb.

Belə ki, 2 razılaşma çərçivəsində TANAP dəyəri 9,3 milyon türk lirəsi olan və ümumilikdə 33 ambulans Regional Səhiyyə İdarəsinə təhvil veriləcək.

Xatırladaq ki, TANAP qaz kəməri keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. İndiyədək TANAP-la ümumilikdə 1,5 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə çatdırılıb. Aprelin 15-də TANAP-ın ikinci fazası üzrə son mərhələyə başlanılıb və sistemə qaz vurulub.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

pia.az

 


Etiket: Türkiyə TANAP

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar