Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Qarabağ böhranına daxil olması bölgədəki tarazlığı dəyişdirə bilər...

Rusiya xaos yaşamaq istəmirsə, Türkiyəni də Dağlıq Qarabağ münaqişəsinə daxil edəcək siyasət və strategiyalardan uzaq durmalıdır. Yoxsa Türkiyəyə və ya Azərbaycana ediləcək bir müdaxilə ABŞ və NATO-nu da bölgəyə gətirəcək...

Bülent Orakoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 14 oktyabr 2020-ci il

30 il əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin tərkibində olan Dağlıq Qarabağda Azərbaycanla Ermənistan qüvvələri arasında yenidən başlanan toqquşmalar beynəlxalq aləmdə narahatlıq yaradıb. Bir çox ölkə tərəfləri münaqişəyə son qoymağa çağırarkən, Türkiyə hərbi əməliyyatlarda Dağlıq Qarabağa nəzarət etmək istəyən Azərbaycana güclü dəstək verib. Cənubi Qafqaz üzrə mütəxəssis olan alman jurnalist Silvia Stöberin fikrincə, Türkiyə ilə Azərbaycan arasında möhkəm bir dostluq əlaqəsi olsa da, Türkiyədəki bu son hadisədəki dəstəyi yeni bir mövqeyə işarə edir. Stöber:

“Türkiyənin münaqişəyə müdaxilə etməsi və Azərbaycana əvvəlki illərə nisbətən daha güclü dəstək verməsi artıq yeni bir vəziyyətdir. Bu, Azərbaycan rəhbərliyini gərginliyi daha da artırmağa təşviq edə bilər. Rus silahlarının Ermənistana göndərildiyini də görürük. Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinə keçən illərə nisbətən daha çox daxil ola bilər”.

30 ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ bölgəsindəki suveren hüquqlar məsələsində sərt fikir ayrılıqları baş verir. Əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan bu bölgə o vaxt Sovet İttifaqı qurulurkən Azərbaycanın ərazisi olaraq təsbit edilsə də, Ermənistan 1990-cı illərin əvvəllərində təxminən 30 min insanın həyatını itirdiyi qarşıdurmalar törədərək o bölgəni ələ keçirmişdi. Ermənistan hər nə qədər 1991-ci ildə Dağlıq Qarabağın müstəqilliyini elan etsə də, beynəlxalq birlik bu günə qədər bunu qəbul etməyib. Azərbaycan isə zəruri hallarda hərbi güc tətbiq edərək bölgəni öz nəzarəti altına almağı hədəfləyir.

Ermənistanın təxminən 30 ilə yaxın davam edən işğalı dərinləşdirmək üçün başlatdığı hücumlara Azərbaycanın cavab verməsi ilə başlayan münaqişə prosesində Ermənistan ciddi şəkildə məğlubiyyət yaşayıb. Ordusu, tankları və müdafiə sistemləri məhv edilib. Ermənistan tam geri çəkilmək istəyəndə Rusiya Azərbaycanın xarici işlər nazirini atəşkəs imzalamağa məcbur etdi. Yerevan-Moskva sxemi ilə Ermənistan zəifləyən kimi Rusiyanın müdaxiləsi ilə yenə Bakının əlindən alındı. Beləliklə, hərbi cəhətdən çətin vəziyyətə düşən Ermənistana bir müddət nəfəs alması üçün imkan yaradılmış oldu. Rusiyanın bu müdaxiləsi Ermənistanda qələbə kimi qeyd olunub. Necə ki, Dağlıq Qarabağ və Naxçıvan Türkiyə və Azərbaycan üçün “bir millət, iki dövlət” olaraq bir suverenlik məsələsidirsə, Dağlıq Qarabağda aparılan əməliyyatlar da Rusiyanın qırmızı xəttidir.

Ermənistana illər əvvəl Dağlıq Qarabağı işğal etdirən güc Rusiyadır. Bu səbəbdən də Azərbaycan ordusunun işğal altındakı Dağlıq Qarabağda apardığı hərbi əməliyyatlar Rusiyanı həddindən artıq narahat edib. Rusiyanın təhlükəsizlik analitiki Aleksander Qolts Azərbaycan-Ermənistan xəttində baş verən hadisələri qiymətləndirərkən Türkiyənin bu prosesə daxil olmasının Qafqazdakı tarazlığı dəyişdirə biləcəyini qeyd edib. Onun sözlərinə görə, Rusiya ilə Yerevanın müqavimətinə baxmayaraq, Əliyevin Türkiyəni də atəşkəs görüşlərinə çağırmasını yenidən düşünmək lazımdır. Çünki Türkiyə iştirak etməsə, görüşlər yenə əsas kontekstdən yayınacaq.

Ərdoğan: “Dağlıq Qarabağ problemi ancaq müharibə ilə həll edilə bilər”

“Bölgədəki Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son qoymağın artıq vaxtı gəlib”, deyən Ərdoğan münaqişəni dayandırmağa çağıran AB, Rusiya, Fransa və Amerikanın da daxil olduğu güclərin əksinə olaraq, Azərbaycanı müharibəni davam etməyə çağırıb. Çünki xüsusən Minsk ölkələri başda olmaqla, 30 il əvvəl Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda evlərindən didərgin salınan və insan ləyaqətini alçaldan işgəncələrə məruz qalan Azərbaycan türklərinə qarşı heç bir qanuni tədbir görməyən qlobal güclər və Qərb bu qətliamlara göz yumaraq Ermənistanın cinayətkar dəstələrinə çevriliblər. Ermənistanın təxminən 30 il əvvəl işğal etdiyi torpaqlardan çəkilməsi ancaq müharibə yolu ilə mümkün ola bilər. Bu baxımdan prezident Rəcəb Tayyib Ərdoğanın bölgədə sülhün yalnız Ermənistanın Dağlıq Qarabağdan çıxması ilə gələcəyini elan etməsi ilə bağlı sözləri çox vacibdir.

Putin öz ölkəsinin analitiklərinə yaxşı qulaq asmalıdır. Əgər xaos yaşamaq istəmirsə, Türkiyəni də Dağlıq Qarabağ münaqişəsinə daxil edəcək siyasət və strategiyalardan uzaq durmalıdır. Yoxsa Türkiyəyə və ya Azərbaycana ediləcək bir müdaxilə ABŞNATO-nu da bölgəyə gətirəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar