Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin qaçqın problemi: İdlib Suriyanın taleyini müəyyənləşdirə bilər...

Suriyada rejiminin son günlərdə Astana Müqaviləsini heçə sayaraq Rusiya və İranın köməyi ilə İdlibə havada və qurudan hücumlar etməsi nəyə işarə edir? Bəlkə, Rusiya Ankaraya bir ismarıc göndərir?...

Cüneyd Mengü

“Yeniçağ” qəzeti, Türkiyə, 29 dekabr 2019-cu il

Rusiya Suriya məsələsində Türkiyəni dəstəkləyərkən, həm də Şərqi Aralıq dənizi mövzusunda Türkiyə əleyhinə ölkələr arasında yer alıb. İdlib 2011-ci ildə vətəndaş müharibəsinin başlanmasından bu günə qədər mülayim müxalifətlərin və rejim əleyhinə olan silahlı qrupların qalasına çevrilib.

İdlib müharibəsindən sonra müxaliflər torpaqlarını itirdiyi üçün köçlər başlayıb və vətəndaş müharibəsindən əvvəl orada 1,5 milyon suriyalı olduğu halda, köçdən sonra bu say 4 milyona çatıb. İdlib torpaqlarının 50%-i Əl-Qaidənin Suriyadakı davamçısı Əl-Nüsrədən ayrılan və sayları 15-20 minə çatan “Heyət Təhrir əl Dəməşq” terror təşkilatının hakimiyyəti altındadır. İdlibin digər qismi isə mülayim müxalif təşkilatlarının nəzarətindədir.

Hər iki bölgənin böyük hissəsi hücuma hazır olan Suriya qüvvələri tərəfindən mühasirəyə alınıb. Son zamanlarda rejim İdlib torpaqlarının hamısını geri almaq üçün çoxlu cəhdlər edir. Türkiyə isə Astana Müqaviləsi çərçivəsində 2017-ci işlə İdlibi Gərginliyi Azaltma Bölgəsi elan edib və 2018-ci ilin sentyabrında ola biləcək bir köç axınınıb qarşısını almaq və Əsəd qüvvələrinin irəliləməsinə mane olmaq məqsədilə 12 hərbi müşahidə nöqtəsinə gəldikdə isə Suriya ordusunun keçən ay avqust ayında etdiyi hücumlardan sonra Xan Şeyxundakı 9 nömrəli müşahidə nöqtəsinin olduğu bölgə rejim tərəfindən ələ keçirilib. Bu cür vəziyyət keçən həftə baş verən hücumlardan sonra Surmanda yerləşən 8 nömrəli müşahidə nöqtəsində də baş verib. Hər iki nöqtədə müşahidəçi olan türk əsgərləri mühasirə altındadır. Lakin hərbi nümayəndələr bu məsələnin hər hansı bir problem yaratmadığını deyirlər.

Digər bir problem də odur ki, İdlibin iki əsas xətti olan M4 və M5 yolları üzərindəki hakimiyyətidir. Xan Şeyxun və Surmanın rejim tərəfindən ələ keçirilməsi ilk addım kimi qəbul edilir. M5 magistralı Hələbdən qərbə doğru İdlibdən keçir, M4 isə Laziqiyyə bölgəsi ilə İdlib arasındakı sərhəd nöqtəsinə çatır.

Bu səbəbdən, İdlib Suriya rejimi üçün çox önəmlidir. Əsər rejimi son hücumlarla birlikdə, demək olar ki, İdlibin 1/4-ni ələ keçirib. Bombalı hücumlar nəticəsində aralarında uşaqların da olduğu yüzlərlə sivil can verib, yaralanıb və on minlərlə insan müxtəlif vasitələrlə Türkiyə sərhəddinə doğru qaçıb. Qaçanların sayının son 15 gündə 200.000-ə çatdığı bildirilir.

İdlibdə böyük bir dəhşət baş verərkən, Hataya yaxın sərhəd bölgəsində 1 milyona yaxın insan Türkiyəyə girməyə çalışır. Bu insanlar arasında sivillərdən əlavə, terrorçuların da ola biləcəyini nəzərə almaq lazımdır.

Suriyadan Türkiyəyə gələn köç dalğası, sözsüz ki, bir imperializm layihəsidir. İdlibdən gələn yeni köç həm Türkiyənin demoqrafik, həm də iqtisadi balansına ciddi şəkildə təsir göstərəcək. Türkiyədə hələ də 4 milyon suriyalı qaçqının geri qayıtması məsələsi həll edilmədən gələn yeni bir köç dalğası Türkiyə üçün böyük problem yaradacaq. Nəticədə, İdlib Suriyanın gələcəyini müəyyən edəcəyi üçün bu məsələ ciddi tədbirlər almaq lazımdır.

Digər tərəfdən, Türkiyə Suriyanın şimalında nəzarət altında saxladığı nöqtələrlə bağlı yeni xəbərlər almadan tezliklə Liviyada olduğu kimi Suriya rəhbərliyi ilə də görüşlər keçirməlidir. Eyni zamanda, Türkiyə Suriya məsələsi üçün xüsusilə Ərəb Birliyi ölkələrindən hər cür dəstək almağa çalışmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar