Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin milliyyətçi həkimləri cəbhə bölgəsinə səfər ediblər - Fotolar

Türkiyə Milliyyətçi Həkimlər Birliyinin idarə heyətinin üzvü Halit Küçük Gökalp və Türkiyə Milliyyətçi Həkimlər Birliyinin sədr müavini Yavuzhan Baş Azərbaycana səfər ediblər.

PİA.az xəbər verir ki, bu səfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi və Tərxis olunmuş Hərbçilər və Gənclərin Maarifləndirmə İctimai Birliyinin təşkilaçılığı ilə baş tutub.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilər və Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib ki, ilk olaraq ümummilli lider Heydər Əliyevin məzarı, daha sonra Şəhidlər Xiyabanı, türk şəhidlərinin məzarı və Mustafa Kamal Atatürkün abidəsi ziyarət edilib.

E.Həsənli bildirib ki, onlar 260 türk həkiminin qurbanını kəsməyə gəliblər:

"Hər il qurbanlarını Qarabağda kəsirdilər. Bu il koronavirus pandemiyasına görə səfər təxirə salınacaqdı. Amma Tovuz hadisələrindən sonra səfərin təşkil olunmasında israr etdilər. Azərbaycan Ordusunda dəstək məktubu göndərdilər. Ondan əvvəl isə cənab prezidentə müraciət etmişdilər ki, koronavirusla mübarizədə Azərbaycana dəstəyə hazırdırlar.

Türk həkimlər Tovuz hadisələrindən sonra Ağdam kəndinə getmək, yerli sakinlərə, ordumuza, Azərbaycana dəstək olmaq istədiklərini israrla bildirdilər".

E.Həsənli qeyd edib ki, Tovuza səfərdən əvvəl şəhid generalımız Polad Həşimovun ailəsi ziyarət edilib:

"Bundan sonra Tovuzda və Ağstafada olan şəhidlərimizin ailəsi ziyarət edildi.

Səfər zamanı Ağstafa, Qazax, Beyləqan, Ağcabədi, Bərdə, AğdamTərtər rayonlarında qurbanlar kəsildi. Qurbanlar hərbi hissələrə, şəhid ailələrinə və Qarabağ əlillərinə paylandı.

Bölgələrə səfər zamanı xəstəxanalarda da oldular. Xəstələrin vəziyyəti ilə maraqlandılar. Bildirdilər ki, növbəti səfər təşkil olunacaq və şəhid ailələrinin, Qarabağ əlillərinin müalicəsinə kömək ediləcək. Həmçinin bildirildi ki, şəhid ailələrinin, Qarabağ əlillərinin övladlarının Türkiyədə tibb sahəsində təhsil almalarına dəstək məqsədilə təmənnasız hazırlıq kursları təşkil olunacaq".

Tovuza səfər zamanı milli azadlıq hərəkatının əfsanə isimlərindən olan Novruz Həsənovun da məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

"Türkiyənin milliyyətçi həkimləri hər zaman Azərbaycanla birlikdə olduqlarını bir daha bəyan etdilər.

Qeyd edim ki, dərnəklə bizim təşkilatın 3 ildir sıx əməkdaşlığı var və bundan sonra da davam edəcək. Azərbaycana gələn həkimlər Türkiyənin ən nüfuzlu xəstəxanalarında çalışan professorlar, universitetlərin müəllimləri, dərnəyin qurucu üzvləridir.

Bu səfər Türkiyə Azərbaycan dostluğunu bir daha sübut etdi. Tovuz hadisələrində Türkiyənin Azərbaycana dəstəyini bütün dünya bir daha gördü", - deyə, E.Həsənli məlumat verib.(Musavat.com)

Fotolar

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar