Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək mitinqi keçirilib - Foto

Bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Kayserinin mərkəzindəki Cümhuriyyət meydanında 40-a yaxın təşkilatın iştirakı ilə keçirilən aksiyaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan və Şimali Kipr vətəndaşları qatılıb.

“7 dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət”, “Ya Qarabağ, ya ölüm!”, “Qansa qan, cansa can, səninləyik Azərbaycan”, “Qarabağ Türk torpağıdır!” şüarları səsləndirilən aksiyada Kayseridəki Ərciyəz universitetinin müəllimləri, Kayseridəki azərbaycanlı ziyalılar, tələbələr çıxış ediblər.

Mitinq iştirakçılarına Azərbaycan tarixi torpaqları, Ermənistan təcavüzkarlığı haqqında məlumatlar verilib, 12 iyuldan Ermənistanln Azərbaycanın Tovuz rayonuna hücumları qınanıb, şəhidlər sayğıyla anılıb.

Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi “Çırpınırdı Qara dəniz” mahnısının ifası ilə başa çatıb.

pia.az

Fotolar




Etiket: Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar