Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəni duyğulandıran məktubun sahibi bəlli oldu

Türkiyənin Lüleburqaz şəhərində də Elazığa yardım kampaniyası başladılıb...

PİA.az xəbər verir ki, Elazığa göndərilənlər içərisində paketdəki məktub hər kəsin diqqətini çəkib.

Məktubda bu fikirlər yer alıb: "Xərcliyimdən verirəm. Sizə çox üzülürəm, kədərlənməyin. Sevgilərlə".

Məktubun sahibi 9 yaşlı Nazlı Can Türkiyə mediasına maraqlı fikirlər səsləndirib: "Televiziyadakı görüntülər məni çox təsirləndirdi. Məktubuma əlavə etdiyim cib xərcliyimlə zəlzələdən əziyyət çəkənlərə kömək etmək istədim. Onlara yardım edənlər çox xeyirxah iş görür. Az da olsa kömək etmə şansınız var".

Nazlı Canın anası Bahriye Can isə qızının məktubundan xəbərsiz olduğunu bildirib: "İlk dəfə görəndə çox duyğulandım. Xəbərim yox idi. Sosial şəbəkədən öyrəndim. Bu yaşda bunları edə bildiyi üçün çox sevindim. Əvvəlcə inana bilmədim. "Nazlı bu sən deyilsən" dedim. O da "xeyr ana, mənim yazımdır. Adımı siliblər" deyə cavab verdi. Az qala ağlayacaqdım. Bu yaşda qızımın belə bir davranış sərgilədiyi üçün həm də qürurlandım".

Qeyd edək ki, Türkiyənin Elazığ şəhərində baş verən 6,8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb. (publika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar