Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli qonaqlar Akademik Musiqili Teatrda

Bir çox ölkələrdə kifayət qədər populyarlıq qazanan Türkiyənin məşhur seriallarının qəhrəmanları – “Savaşçı”nın “Komutan”ı Murat Serezli və “Eşkiya Dünyaya Hökmdar Olmaz”ın “Mürsel Kara"sı Taner Turan və klassik Türk musiqi ifaçısı Nebahat Nalan Höke Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olublar

Rejissor Kənan Mahmudovun bələdçiliyi ilə teatra gələn qonaqları qurumun direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.

Türkiyəli sənətkarlar Akademik Musiqili Teatrın yaranma tarixi, inzibati binası, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti və mövcud vəziyyəti ilə yaxından tanış olublar.

Onlar həmçinin Teatrın möhtəşəm səhnəsində gənc rejissor Elməddin Dadaşovun quruluşunda təqdim olunan “Buratino” (A.Rıbnikov, A.Tolstoy, tərc. N.Kazımov) tamaşasına da baxıblar. Səhnə əsərinin budəfəki nümayişinin xüsusi olaraq fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulduğu qonaqların diqqətinə çatdırılıb.

Tamaşanı heyranlıqla izləyən və növbəti səfərlərində də mütləq Akademik Musiqili Teatra gəlmək niyyətlərinin olduğunu vurğulayan məşhurlar teatrın belə sosial layihələrdə iştirakını rəğbətlə qarşılayıblar...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar