Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli nazir: "Türkiyənin 28 yerində yanğınla mübarizə aparılır"

Türkiyədə Antalyanın Manavqat rayonunda baş verən yanğında tüstüdən zəhərlənərək xəstəxanaya aparılan 50-dən çox insan evə buraxılıb, 3 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, 8 saat davam edən yanğın hazırda nəzarət altına alınmaqdadır.

Nazir bildirib ki, ağır yaralanan şəxs yanğınsöndürmə xidmətində çalışa sürücüdür, o, su tankerinin olduğu avtomobilin qəzaya uğrayaraq çevrilməsi nəticəsində yaralanıb. B.Pakdemirli qeyd edib ki, bu gün Türkiyədə ümumlikdə 28 yerdə yanğınla mübarizə aparılır, Adana, Kadirli, Karaisalı və Mersində də yanğınlar hələ davam edir.

Antalya Böyük Şəhər Bələdiyyə sədri Mühittin Böcek indiyədək Türkiyədə bu miqyasda yanğın görmədiyini deyib və bu hadisənin qərəzlə törədildiyi ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin məşhur turistik ərazisi olan Manavqatda yanğın şəhərin mərkəzinə qədər yayılıb, rayonun bəzi kəndləri və kənd təsərrüfatı sahələri tamamilə yanaraq yararsız hala düşüb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və mədəniyyət, turizm naziri Mehmet Nuri Ersoy da hazırda Antalyadadır.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar