Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

“Zəngəzur vaxtilə SSRİ rəhbərliyi və orada təmsil olunan erməni siyasətçilər tərəfindən “proletar beynəlmiləlçilik” naminə Azərbaycandan alınaraq, Ermənistana verilib. Daha sonra Mehri rayonunu aldılar, nəticədə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi kəsildi. Bu, çox böyük tarixi ədalətsizlik, eyni zamanda xristian dünyasının türk dünyasına vurduğu ağır zərbə idi. Tarix bir səhvi edir, daha sonra bir inkişaf prosesi ilə onu düzəldir”.

PİA.az politoloq Qabil Hüseynlinin müsahibəsini təqdim edir:

- Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentində Zəngəzur məsələsi müzakirə mövzusuna çevrilib. Ermənilər Zəngəzurun Azərbaycana veriləcəyindən narahatlıqlarını dilə gətirirlər. Sizcə, düşməndə xof yaradan bu müzakirələrin başlamasına ciddi bir əsas varmı?

- Ermənilər bu məsələni müxtəlif siyasi prizmalardan gündəmə gətirirlər. Amma erməni cəmiyyətində belə polemikaların aparılması yaxşı haldır. Qoy, daim başqalarının torpaqlarına göz dikən ermənilərin şüurunda bu gerçəklik formalaşsın ki, bir gün onların da bostanına daş atan tapılar və artıq tapılıb. Erməniləri narahat edən əsas məsələ Mehri dəmir və avtomobil yollarının yenidən bərpası, habelə Türkiyənin Azərbaycan və Cənubi Qafqazda yenidən möhkəmlənməsidir.

Ermənilər xüsusən də Türkiyə amilindən son dərəcə ehtiyat edirlər. Belə hesab edirlər ki, bu yollar çəkildikdən sonra bir gün Zəngəzurun geri qaytarılması məsələsi gündəmə gələ bilər.

Zəngəzur vaxtilə SSRİ rəhbərliyi və orada təmsil olunan erməni siyasətçilər tərəfindən “proletar beynəlmiləlçilik” naminə Azərbaycandan alınaraq Ermənistana verilib. Daha onra Mehri rayonunu aldılar, nəticədə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi kəsildi. Bu, çox böyük tarixi ədalətsizlik, eyni zamanda xristian dünyasının türk dünyasına vurduğu ağır zərbə idi. Tarix bir səhvi edir, daha sonra bir inkişaf prosesi ilə onu düzəldir. Görünür, bizə qarşı edilən ədalətsizliyin də düzəldilməsi dövrü artıq yetişib.

- Mehridən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılması bölgədəki geosiyasi duruma necə təsir göstərəcək?

- İlk növbədə, bölgədəki geosiyasi durumu köklü şəkildə dəyişəcək. Bu yollar bütün türk dünyasını birləşdirən, Türkiyənin digər türk dövlətlərinə çıxışını təmin edən böyük layihəyə çevriləcək. Bu, həm də türk kimliyinin, türklük özünüdərk şüurunun miqyasının genişlənməsi və sayı 350 milyondan çox olan türk dünyasının qırılmaz mənəvi tellərlə bir-birinə bağlanmasını şərtləndirəcək.

Məncə, ermənilər bundan ürkməməlidir. Çünki həmin yollar, eyni zamanda beynəlxalq iqtisadi layihələr xarakteri daşıyır. Ermənistan bu layihələrə qoşulmaqla həm tranzit xərclərinə görə maddi qazanc, həm də həmin yollar vasitəsilə dünyanın hər yerinə və dənizlərə çıxış əldə edə bilər.

Prezident İlham Əliyevin də dediyi kimi, bölgədəki iqtisadi layihələrin qatarı getsə də, onlar Azərbaycanın köməyi ilə həmin qatarın arxasınca qaçıb yetişə bilərlər. Amma bir şərtlə ki, bölgədəki qızışdırıcı fəaliyyətlərini dayandıracaqlar, regionda gedən proseslərin məntiqinə uyacaqlar, qonşularla dinc yaşamaq şərtlərinə əməl edəcəklər, nəticədə beynəlxalq layihələrə qoşulmaqla öz xəzinələrini zənginləşdirəcəklər.

- Regionda baş verən proseslərin fonunda Türkiyənin rolu nədən ibarətdir və əli nə qədər güclüdür?

- Türkiyə bundan əvvəl Azərbaycan və Gürcüstanın iştirakı ilə bölgədə üçtərəfli ittifaq qurmuşdu. Türkiyə Gürcüstanın böyük rəğbətini qazanıb, indi də Tiflisin NATO-ya daxil edilməsinə lobbiçilik edir. Üstəgəl, Gürcüstan ordusunun Türkiyə standartlarına uyğunlaşdırılması istiqamətində müəyyən işlər görür. Bakı-Ceyhan, Bakı-Supsa, TANAP enerji xətləri, Bakı-Tiflis-Qars dəmir yolu kimi beynəlxalq layihələrin Gürcüstan üzərindən keçməsinə şərait yaradıb. Bütün bu layihələr bölgə dövlətlərini bir-birinə yaxınlaşdıran əsas amillərdir.

Hesab edirəm ki, 44 günlük Qarabağ müharibəsi Türkiyəni bölgəyə daha möhkəm bağladı. Zənnimcə, indi Türkiyənin bölgədəki mövqeyi Rusiyadan daha güclüdür. Azərbaycanla Türkiyə arasında qardaşlıqdan da yuxarı münasibətlər formalaşır. Türkiyə ordusu Azərbaycan ərazisinə gəlib, Monitorinq Mərkəzində iştirak edir. Türkiyənin Azərbaycanda hərbi-siyasi iştirakı məsələsi gündəmə möhkəm oturub və mərhələli şəkildə reallaşır. Bu o deməkdir ki, Türkiyə yüz ildən sonra yenidən Cənubi Qafqaza qayıdır. Bu qayıdış möhkəm əsaslar üzərində baş verir, bütövlükdə bölgənin durumuna pozitivlik, inkişaf və tərəqqi gətirir.

Türkiyənin gəlişi başqalarının bölgəyə soxulmasına bənzəmir. Türkiyə başqaları kimi burada neo-imperialist sədalarla çıxış etmir, sadəcə olaraq, bölgənin inkişafına böyük yardımlar edir. İndi bu başdan xarab ermənilər kommunikasiya xətləri açıldıqdan sonra görəcəklər ki, Türkiyə və Azərbaycanla əlaqələr onların inkişafına necə dinamika və ton verir. Bundan sonra görəcəklər ki, başqalarının torpaqlarına göz dikmək yox, onlarla dinc yaşamaq inkişaf və tərəqqinin başılca rəhnidir.

- Ermənistan Baş naziri Nikol Paşinyan və parlamentdəki hakim “Mənim addımım” fraksiyasının üzvləri də tez-tez Azərbaycanla əlaqələrin bərpasını gündəmə gətirirlər. Mövcud situasiya ikitərəfli əlaqələrin yenidən qurulması üçün münasibdirmi, yaxın gələcəkdə bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Paşinyan və “Mənim addımım” xarici siyasətdə Ermənistan-Azərbaycan münasibətlərinin inkişafını başlıca prioritet elan edib. Əgər onlar səmimi olacaqlarsa, Azərbaycan tərəfindən də eyni cavabı alacaqlar. Dünyada bir çox xalqlar bir-birilə döyüşüblər, amma sonda ortaq məxrəcə gələrək yaxın qonşuluq münasibətləri qurublar, bir-birinin problemlərinin həllinə kömək ediblər.

Başqa sözlə, bu bölgədən nə onlar, nə də biz çıxıb gedəcəyik. Sadəcə olaraq, vaxtilə bölgədə mövcud olmuş ədalətli münasibətlərə əməl etmək, xəstə arzularla, qeyri-real ambisiyalarla yaşamaqdan uzaq durmaq lazımdır.

Azərbaycan prezidentinin də dediyi kimi, bölgədə yeni reallıqlar formalaşır, bu reallıqların məntiqinə uymaq tələb olunur. Yeni reallıqlar iqtisadi inkişaf, bölgənin çiçəklənməsi, inkişaf və tərəqqi, regionda sülh və əmin-amanlığın bərqərar olması amillərinə söykənir. Bu baxımdan, ermənilər atdıqları addımlara adekvat cavablar alacaqlar. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir?

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

Tağı Əhmədovun xanımı: “O da insandır, dağ deyil, daş deyil”

Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Bakıda gənc qadını doğrayıb zibil qutusuna atdılar - Yenilənib

Prezident Şuşa üzrə xüsusi nümayəndəsini təyin etdi

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırlayıb

Ən çox oxunanalar