Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədən Gürcüstana BTQ vasitəsilə yük daşımalarına başlanılıb

Beş vaqondan ibarət ilk ixrac yük qatarı Gürcüstana yola salınıb

Bakı-Tbilisi-Qars dəmir  yolu vasitəsilə Türkiyədən Gürcüstana yük daşımalarına başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin Ərzurum yaxınlığındakı loqistika mərkəzindən beş vaqondan ibarət ilk ixrac yük qatarı Gürcüstana yola salınıb.

Mərasimdə “Türkiyə Dövlət Dəmiryolları” şirkətinin baş direktoru Əli İhsan Uyğun və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Davit Peradze iştirak ediblər.

D.Peradze Türkiyədən Gürcüstana BTQ ilə ilk yük daşınmasını tarixi hadisə adlandırıb: “Gürcüstan və Türkiyənin dəmir yolları tarixində bu gün vacib gündür. İlk dəfə olaraq Türkiyədən Gürcüstana yüklər dəmir yolu vasitəsilə idxal olunur. Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının həcminin artacağına ümid edirik”.

Baş direktor Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahitə layihəyə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ən çox oxunanalar