Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə qızıl istehsalı Cümhuriyyət tarixinin rekordunu vurub

2019-cu ildə Türkiyədə qızıl istehsalı illik ifadədə 40% artaraq Cümhuriyyət tarixinin rekordunu vurub...

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Qızıl Mədənçilər Dərnəyinin rəhbəri Hasan Yücel məlumat verib.

H. Yücel yazılı açıqlamasında 2018-ci ildə 27,1 ton olan qızıl hasilatının 2019-cu ildə 40% artaraq 38 tona yüksəldiyini və Türkiyənin Avropanın ən böyük qızıl istehsalçısı səviyyəsinə çatdığını bildirib: "2017-ci ildə ölkədə qızıl hasilatı artmağa başladı və 2019-cu ildə 38 tonluq istehsalla Cümhuriyyət tarixinin rekordu qeydə alındı".

Türkiyədə qızıl istehsalına 2001-ci ildən başlandığını bildirən H. Yücel həmin il 1,4 ton olan qızıl hasilatının illərlə artdığını və bu il üçün qızıl hasilatının 45 tondan çox olmaqla yeni bir rekord qıracağının proqnozlaşdırıldığını vurğulayıb.

Qeyd edək ki, Türkiyədə 2001-2019-cu illərdə cəmi 338 ton qızıl istehsal olunub.

pia.az


Etiket: Türkiyə qızıl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar