Türkiyədə son sutka ərzində 144 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 5856 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 24 933, virusa yoluxanlar isə 2 424 328 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 301 861 pasiyent (son sutkada 5811 nəfər) sağalaraq evə buraxılıb.
pia.az