Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə koronavirusa yoluxan uşaqların beynində abses yaranıb

Türkiyədə koronavirusa yoluxan uşaqların beyninde abses (iltihab nəticəsində məhdud boşluqda irin toplanması) aşkarlanıb.

Bu barədə infeksionist, uzman həkim Zeynəb Gökçə Qayretli danışıb.

O, qeyd edib ki, uşaqların koronavirusu nə qədər yüngül keçirdiklərini desək də, infeksiyanı ağır keçirənlərə də rast gəlirik.

“Son 2 ildir COVID-19 pandemiyası hökm sürür. Hər nə qədər pandemiya daxilində uşaqların bu xəstəliyi yüngül, simptomsuz keçirdiklərini desək də, bu müddətdə onlarda yanaşı olaraq ağır infeksiyalar da görə bilirik. İki xəstəmiz göz ətrafında qızarma ilə bizə müraciət edib. Onların birinin sağ qol və ayağında iflic, digərində isə qıcolma şikayəti olub. Müayinə nəticəsində hər iki xəstənin beynində abses aşkarlanıb”.

Həkim deyir ki, COVID-19 infeksiyasını uşaqlar hər nə qədər asemptomatik və ya az şikayətlərlə keçirsələr də, sonra xroniki öskürək qala bilir.

“Bizi həqiqətən narahat edən “çoxsistemli iltihab sindromu” adlandırdığımız, bir çox orqanlarda iltihab yaradan xəstəlikdir. Bunun ən qorxulu xüsusiyyəti ürəyə təsir etməsi və ürək əzələlərində iltihaba səbəb olmasıdır. Bu, bədəndə səpgilər, gözlərin, dodaqların qızarması, tənəffüsün tezliyi ilə irəliləyən xəstəlikdir. Bunda qızdırma çox qabarıq şəkildə özünü büruzə verir və COVID olan uşaqlarda qızdırma, səpgi, gözdə qızartı varsa mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu, sürətli müalicə tələb edən xəstəliklər qrupudur”, - deyə həkim bildirib.

O vurğulayıb ki, koronavirus keçirən uşaqlar 4-6 həftədən sonra qızdırma olduqda mütləq həkim nəzarətində olmalıdırlar. (oxu.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar