Mardində terrorizm əleyhinə əməliyyatlar aparılıb...
Mardində terrorizm əleyhinə əməliyyatlar zamanı HDP-li keçmiş Mazıdağ bələdiyyə sədri Nalan Özaydınla, Savur və Derik bələdiyyə sədrləri Gülistan Öncü ilə Mülkiyə Esmez həbs olunublar.
PİA.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Mardin Baş Prokurorluğunda aparılan istintaq zamanı Özaydın, Öncü və Esmez ifadələri alındıqdan sonra məhkəməyə göndəriliblər.
Məhkəmə qərarı ilə hər 3 qadın həbs olunub.
pia.az