Türkiyədə gəmi qəzasında itkin düşən balıqçıların meyiti tapılıb...
APA-nın yerli bürosunun xəbərinə görə, 3 nəfərin meyiti sudan çıxarılıb.
***
Qara dənizin Türkiyə sahillərində Rusiyanın “GLARD 2” tankeri ilə balıqçı gəmisi toqquşub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində balıqçı gəmisi batıb.
Gəmidə olan 6 nəfərdən 3-ü xilas edilib, digər 3 nəfər isə itkin düşüb.
İtkin düşən şəxslərin axtarışı davam etdirilir.
pia.az