Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə əməliyyat olunan İsgəndər Həmidovdan yeni xəbər - Foto

Türkiyədə əməliyyat olunan sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidovun sağlıq durumu normaldır...

PİA.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Liberal Demokrat Partiyasının sədri, Azərbaycan Xalq Hərəkatının idarə heyətinin üzvü Fuad Əliyev məlumat verib. O, bildirib ki, ailə üzvləri də İsgəndər bəyin yanındadır:

“Bildiyim qədərilə, yanında ailə üzvlərindən kənar şəxs yoxdur. Əvvəl onun sentyabrın 10-15-i Bakıya gələcəyi güman edilirdi. İndi isə bu tarix dəqiq deyil. Yəqin ki, həkim rəyindən sonra İsgəndər Həmidovun Bakıya qayıdacağı tarix məlum olacaq”.

Qeyd edək ki, sentyabrın sonunda İ. Həmidovun rəhbərlik etdiyi Xalq Hərəkatının qurultayı gözlənilir. Onun sağlığında problem olmazsa, qurultayda şəxsən iştirak edəcəyi bildirilib.

Xatırladaq ki, bu il mayın 19-da axşam saatlarında halı pisləşən sabiq daxili işlər naziri, müayinə üçün Türkiyəyə aparılıb. Orda müayinə olduqduqdan sonra vətənə qayıdıb. Sentyabrın 6-da isə o, Türkiyənin "Gülhanə” hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar