Qara dənizin Türkiyə sahillərində “Arvin” yük gəmisinin batması nəticəsində dörd nəfər həyatını itirib.
PİA.az-ın məlumatına görə, bunu Türkiyənin Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib. Onun sözlərinə görə, gəmi pis hava şəraiti səbəbiylə batıb:
“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış və xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün frekat göndərib. (Report)
***
Türkiyədə batan gəmidə 2 meyit tapılıb, 6 nəfər xilas edilib.
Bartın Valisi Sinan Güner, Qara dənizdə batan gəmidəki digər heyətin də xilas olunma işləri davam edir.
“Arvin” adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib:
“Liman kiçik olduğu üçün gəmi sahilə yan almaq üçün gözləmə vəziyyətində olub və o anda qəzaya uğrayıb. Gəmi Türkiyəyə məxsus olmadığı üçün və çətin hava şəraitində ilkin mərhələdə gəminin Rusiyaya məxsus olduğunu təxmin etdik, sonradan Palau bayraqlı gəminin tərkibindəki heyətin Ukrayna vətəndaşları olduğunu öyrəndik” - deyə vali bildirib.
***
Bartında batan Rusiyaya məxsus gəmidən 4 nəfər xilas edilib, digərlərinin də xilası üçün fəaliyyətlər davam edir.
Bartın valisi deyib ki, fırtınalı hava şəraiti xilasedicilərə ciddi şəkildə mane olur.
Qeyd edək ki, təxminən bir saat öncə gəmi limana yaxınlaşmazdan öncə ortadan ikiyə bölünüb.
***
Türkiyədə Rusiyanın yük gəmisi batıb.
Bu barədə Bartın vilayətinin valisi bildirib.
Vali Sinan Güner deyib ki, Qara dənizin Bartındakı İnkumu rayonu sahilinə çatmaqda olan Rusiya bayraqlı yük gəmisinin batdığı aşkar olunub.
“Qara dənizdəki pis hava şəraiti və yüksək səviyyəyə qalxan dalğalar gəminin İnkumu sahilinə çatmasına imkan verməyib. Xilasetmə heyətlərimiz gəmidə çətin vəziyyətdə qalan 15 nəfərə yaxın insanın xilası üçün fəaliyyətə başlayıb” - deyə vali bildirib.(apa)
pia.az
z