Cümə axşamı, 20 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Türkiyədə azərbaycanlı gəncin meyiti dənizdən tapıldı - Video

Türkiyənin Zonquldaq şəhərinin Ereğli rayonunda yük gəmisində işləyən azərbaycanlı gənc dənizə düşüb, bundan 32 saat sonra onun cəsədi tapılıb.

Bildirilir ki, ötən gün Panama bayrağı ilə üzən “Ünzile Ana” yük gəmisi Ereğli rayonundakı limanda lövbər salıb. Azərbaycan əsilli 22 yaşlı Anar Orucov da gəmidəki qırılan kəndiri təmir etmək istəyib. Bu əsnada başqa gəminin kəndiri dənizçiyə dəyib və o, suya yıxılıb.

Hadisə barədə məlumat alan kimi sahil mühafizə qüvvələri və Xilasetmə Xidməti əraziyə cəlb edilib. Gecə saatlarında başlayan axtarışlar gün ərzində nəticəsiz davam edib. Fırtına başladığı üçün iş dayandırılsa da, bir müddət sonra axtarışlara yenidən başlanılıb.

Nəhayət dalğıclar bu gün səhər saatlarında azərbaycanlı dənizçinin meyitini aşkarlayıblar. Dənizdən çıxarılan cəsəd Ereğli Dövlət Xəstəxanasının morquna aparılıb.

Baş verənlərlə əlaqədar istintaq başlanılıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb, heykəl bərpa olunub - Yenilənib, Foto

Deputatdan Mehdiyevə zəhər kimi sözlər: "BDU rəhbərliyi onun arvadına və qızına rezidensiya yaradıb"

Putinin Nazarbayevə çılğın qəzəbi nədən doğub?..

İradə Gülməmmədova icra başçısı vəzifəsindən azad edilib

Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı

Abdin Fərzəliyev Abşerona icra başçısı təyin edildi - Sərəncam

“Macdonalds”da aşbaz işləyən kasıb gənc cəmi 5 ilə 100 milyard dolları necə topladı...

Sabiq millət vəkilinə cinayət işi açıldı - Baş Prokurorluqdan açıqlama

Vüsalə Əlizadənin verilişinin yayımı dayandırıldı

Ən çox oxunanalar