Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə Azərbaycan çempionuna dəstək pankartı açılıb

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – “Vilyarreal” matçının keçiriləcəyi “Başakşəhər Fatih Terim” (Türkiyə) stadionunun ətrafında Azərbaycana, eləcə də “Qarabağ” klubuna dəstək xarakterli plakatlar yerləşdirilib.

Apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan bayraqları ilə bəzədilən arenanın ərazisində “Yanındayıq “Qarabağ”, Avropa Liqasında uğurlar” tipli pankartlar diqqət çəkir.

Azərbaycandan oyuna yollanan jurnalistlər isə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığını çatdırıb. Arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.

Qeyd edək ki, Azərbaycan çempionunun “Vilyarreal”la görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar