Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Türkiyədə 3 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

Türkiyə KİV xəbər verir ki, bunlar Diyarbəkr böyükşəhər bələdiyyə başqanı Adnan Səlcuk Mizraklı, Mardin böyükşəhər bələdiyyə başqanı Əhməd Türk və Van böyükşəhər bələdiyyə başqanı Bedia Özgökçə Ərtandır

Hər üç bələdiyyə başqanı PKK-nın siyasi qanadı kimi tanınan HDP-dən (Halkların Demokratik Partisi) seçiliblər.

Yayılan məlumatlarda deyilir ki, buna səbəb adıçəkilən bələdiyyə başqanları barəsində başlanan terrorla bağlı araşdırmalardır. Araşdırmalar Türkiyə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aparılır.

Türkiyə DİN-i bu araşdırmalara başlayanda bəyan etmişdi ki, hər üç bələdiyyə başqanı vəziflərindən kənarlaşdırlıacaq. Artıq bu gün səhər saatlarında polis əməliyyata başlayıb. Diyarbəkr, Mardin və Van böyükşəhər bələdiyyəsinin binaları mühasirəyə alınıb.

Bundan başqa, Diyarbəkr, Mardin və Vanda 350 nəfər bələdiyyə işçisi şübhəli şəxs kimi saxlanılıb. (Yenisabah.az)

pia.az

Etiket: Türkiyə

Şərh yazın.

loading...