Bazar ertəsi, 09 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Türkiyə yeni xəritəsini yayımladı - Foto

Bu barədə “Haber7” məlumat yayıb...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Liviya Milli hökumətinin Prezidenti Fayez əl-Sarac arasında “Dəniz səlahiyyət sahələrinin məhdud edilməsinə dair anlaşma memorandumu”nun imzalanmasından bir neçə gün sonra yeni sərhədlərin xəritəsi yayımlanıb.

Bu barədə “Haber7” məlumat yayıb.

Bildirilir ki, Xarici İşlər Nazirliyinin İkili Siyasi məsələlər və Dənizçilik Aviasiya Sərhəd baş direktorun köməkçisi səfir Çağatay Erciyes Türkiyənin Şərqi Aralıq dənizində qitə şelfini və iqtisadi zonasını göstərən xəritəni sosial mediada paylaşıb.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyənin İstanbul şəhərində Dolmabaxça ofisində baş tutan görüşdə iki əhəmiyyətli razılaşma imzalanıb. Bunlardan biri iki ölkə arasında dəniz hakimiyyəti sahələrinin məhdudlaşdırılmasına dair razılaşma Memorandumu və ikincisi isə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma olub.

Şərqi Aralıq dənizi ilə əlaqəli razılaşmaya görə, iki ölkə dəniz sahəsində bir-birilərinin iqtisadi zonalarını tanıyacaqlar.

Təhlükəsizlik və hərbi əməkdaşlıq razılaşması çərçivəsində Liviya təhlükəsizlik qüvvələrinin təliminə dəstək veriləcək.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar