Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə XİN Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bəyanatda bildirilib ki, Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında dünən qəbul etdiyi qətnamə beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Qətnamədə Türkiyəyə dair qeyd olunan əsassız iddiaları isə tamamilə rədd edirik. Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günə kimi məsələyə niyə həll yolu tapmadığının, necə tərəf tutduğunun açıq nümunəsidir. Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə BMT qətnamələrinə söykənir. BMT-nin müvafiq qətnamələri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Vəziyyət belə olduğu halda Fransa Senatının Azərbaycana işğaldan azad etdiyi öz torpaqlarından çəkilməsi çağırışını etməsi ciddiyə alınmayacaq dərəcədə gülünc, tərəfkeş və həqiqətlərdən uzaq bir anlayışın təzahürüdür. Bu qərar Fransanın münaqişənin həllinə həqiqi mənada töhfə vermək imkanını da məhdudlaşdırır”, - deyə qeyd olunub.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar