Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə XİN Fransa parlamentinin qərarı ilə bağlı bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Fransa Senatının və parlamentinin “Barış bulağı” hərəkatı ilə bağlı qəbul etdiyi qərarla bağlı bəyanat yayıb...

APA-nın yerli bürosuna Türkiyə XİN-dən verilən məlumata görə, bəyanatda bildirilib ki, Senat və bu qərara dəstək verən Fransa parlamenti bununla Avropa İttifaqı tərəfindən də terror təşkilatı kimi tanınan PKK-nın Suriya qolu PYD/YPG ilə əlbir olduqlarını bir daha sübut edib.

“Terrorçuları Yelisey sarayında yüksək səviyyədə qəbul edən bir ölkənin Senatının bu davranışı bizim üçün təəccüblü deyil”, - deyə bəyanatda qeyd olunub.

Daha sonra bildirilib ki, əvvəlcədən də bəyan edildiyi kimi, “Barış bulağı” hərəkatı beynəlxalq hüququn tələblərinə uyğun şəkildə aparılıb və bu əməliyyatların qanuniliyi ABŞRusiya ilə son müqavilələrdə də öz təsdiqini tapıb: “Tərəfimizdən dəfələrlə verilən izahat və açıqlamalara baxmayaraq, Fransa Senatının reallığa uyğun gəlməyən qərarlar qəbul etməsi Türkiyəyə qarşı qərəzli davranışı və Fransanın Suriya mövzusunda çarəsiz vəziyyətdə qalması ilə izah edilə bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar