Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Rusyanın XİN başçıları mətbuata birgə bəyanatla çıxış ediblər

Mövlud Çavuşoğlu və Sergey Lavrov mətbuata birgə bəyanatla çıxış ediblər...

"Türk axını" təbii qaz boru xəttinin açılış mərasimindən sonra Türkiyə və Rusiya prezidentləri adından hər iki ölkənin xarici işlər nazirləri - Mövlud Çavuşoğlu və Sergey Lavrov mətbuata birgə bəyanatla çıxış ediblər.

"Report"un Türkiyə bürosu xəbər verir ki, açıqlamada ABŞİran arasındakı gərginliyə toxunulub, hər iki ölkənin tərəflərini sülhə çağırıblar: “ABŞ-ın yanvarın 3-də Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymanini qətlə yetirməsi bölgədə təhlükəsizlik və sabitliyə mənfi təsir edib. İranın yanvarın 8-də İraqdakı koalisiyanın hərbi bazalarına ballistik raket hücumları fonunda qarşı tərəfin hücumları və güc tətbiq etməsi Yaxın Şərqdəki mürəkkəb problemlərin həllinə töhfə verməyəcək, əksinə, yeni bir qeyri-sabitlik dövrünə səbəb olacaq. Nəticədə hər kəsin maraqlarına zərər verəcək. Həmişə xarici müdaxilələrə, birtərəfli hərbi hərəkətlərə və məzhəb qarşıdurmalarına qarşı olmuşuq. Bu baxımdan, bölgədəki mövcud gərginliyi azaltmaqla bağlı olduğumuzu bildiririk və bütün tərəfləri ehtiyatlı davranmağa və sülhə dəvət edirik”.

Ölkə başçılarının bəyanatında deyilir: “Suriyanın suverenliyinə, müstəqilliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə sadiq olduğumuzu bir daha təsdiqləyirik. Terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizə aparmaq və Suriyadakı separatçı birlikləri parçalamaq əzmimizi vurğulayırıq və bu çərçivədə 17 sentyabr 2018-ci il və 22 oktyabr 2019-cu il tarixli memorandumların həyata keçirilməsinin vacibliyini bir daha təsdiqləyirik. Bütün suriyalılara ayrı-seçkilik etmədən, siyasiləşdirmədən və ön şərt olmadan humanitar yardımın artırılmasının vacibliyini vurğulayırıq”.

Bəyanatda Liviya məsələsinə də toxunulub: "Liviyadakı hadisələri, xüsusilə Tripoli ətrafındakı münaqişələrin artmasını böyük narahatlıqla izləyirik. Liviyadakı vəziyyətin pisləşməsi qonşu bölgənin, bütün Aralıq dənizi bölgəsinin və Afrika qitəsinin təhlükəsizliyini və sabitliyini pozur və nizamsız miqrasiyaya, silahların daha da yayılmasına, terrorizmə və digər cinayətkar əməliyyatlara, o cümlədən qanunsuz qaçaqmalçılığa səbəb olur. Liviyanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və milli birliyinə sadiq olduğumuzu bir daha bəyan edirik. Ölkədə daimi sülhə və sabitliyə yalnız liviyalıların rəhbərlik etdiyi və liviyalılara məxsus olan, liviyalılar arasında səmimi və əhatəli bir dialoqa əsaslanan bir siyasi proseslə nail olmaq mümkündür. Davam edən münaqişənin hərbi yolla həlli yalnız daha çox fəlakətlərə səbəb olur və liviyalılar arasında parçalanmanı dərinləşdirir. BMT-nin dəstəklədiyi siyasi prosesi stimullaşdırmaq üçün əlverişli mühit yaratmağı hədəfləyən Berlin Prosesinə dəstəyimizi bir daha bildiririk və xatırladırıq ki, bu yalnız liviyalıların və qonşu ölkələrin iştirakı və öhdəliyi ilə nəzərə çarpan nəticələr verə bilər.

Mövcud kritik şəraitdə təşəbbüs və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə qarşıya qoyulmuş məqsədlərə uyğun qərar vermək qərarına gəldik. Bu çərçivədə vasitəçi olaraq Liviyadakı bütün qarşıdurmaları yanvarın 12-si saat 12:00-dan dayandırmaq, Tripolidə və digər şəhərlərdə sabitliyi təmin etmək və gündəlik həyatı normallaşdırmaq üçün lazımi tədbirlər ilə dəstəklənən davamlı atəşkəs elan etmək, çiçəklənməni bərpa etmək üçün dərhal danışıqlar masası ətrafında toplaşmağa çağırırıq. Qətiyyətlə inanırıq ki, liviyalılar vətənlərinin gələcəyini müstəqil olaraq bütün vətəndaşların maraqlarını nəzərə alan milli dialoq çərçivəsində qərar verə bilərlər".

pia.az


Etiket: Türk axını

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar