Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Rusiyanın Liviya anlaşması suya düşdü?

Türkiyənin təkbaşına atdığı siyasi və hərbi addımlar Tripoli hökumətini uçurumun kənarından xilas edib...

İsmai Kaplan
“Türkiye” qəzeti, Türkiyə, 14 yanvar 2020-ci il

Türkiyənin Liviya Milli Razılaşma Hökuməti ilə 27 noyabrda bağladığı dəniz səlahiyyəti sahələrini məhdudlaşdırma müqaviləsindən bu yana çoxlu hadisələr baş verib. Daimi bir atəşkəs əldə etmək üçün atılan addımlar nəticə verdi.&

Dünən Ankara və Moskvada Liviya ilə bağlı ciddi müzakirələr aparılıb. Prezident Ərdoğan İtaliya prezidenti Kont ilə Ankarada görüşərkən, Mövlud Çavuşoğlu, Hulusi Akar və Hakan Fidanın yer aldığı Türkiyə heyəti Moskvada həmkarları ilə birlikdə Liviyada atəşkəs yaratmaq üçün müzakirələr aparıblar.

8 yanvarda İstanbulda Ərdoğanla Putin arasındakı ikili toplantıdan və daha sonra Xarici İşlər və Müdafiə nazirlərinin də iştirak etdiyi toplantılardan sonra tərəflərə atəşkəs üçün çağırış edilmişdi. Bu çağırışa əvvəlcə Həftar və tərəfdaşları qarşı çıxmışdı. Paytaxt Tripoliyə qədər irəliləyən və əsgərlərlə sivillər arasında fərq qoymadan bölgəni atəşə tutan Həftar Berlin Konfransından əvvəl mərkəzi ələ keçirərək qanuni hökuməti ortadan qaldırmağı və özünü əsas ünsür kimi ortaya çıxarmağı hədəfləyirdi. Lakin Türkiyənin sürətli və qərarlı müdaxilələri nəticəsində Həftar bu istəyinə çata bilmədi.

Türkiyə 12 dekabrda qanuni Liviya hökuməti ilə imzaladığı Təhlükəsizlik və Hərbi Ortaqlıq Müqaviləsi (əslində, bu müqavilə 2012-də bağlanan eyni mövzulu razılaşmanın yenilənmiş versiyası idi) çərçivəsində hərbi sahədə effektiv addımlar atır. Digər tərəfdən də siyasi arenada çox tərəfli və əhatəli bir diplomatiya marafonu ilə Liviyanın gələcəyini xilas etmək üçün ciddi yol qət edib. Son 5-6 gündür davam edən diplomatik danışıqlar bunu sübut edir. 12 dekabr saat 00:00 olaraq elan edilən atəşkəs saatı yaxınlaşarkən əlaqələr daha da sürətlənib və sonda Ərdoğanla Putin telefonda danışıblar. Bu danışıq zamanı Putin Həftarın (təbii ki, Rusiyanın təlqinləri ilə) son vəziyyəti ilə bağlı məlumat verib. Daha sonra Rusiya prezidenti Həftarın atəşkəsi qəbul etdiyini rəsmən elan edib.

Bəli, Liviyanın 2011-ci ildən bəri içinə düşdüyü bu vəziyyəti nəzərə aldıqda bu nöqtəyə qədər gəlməyin heç də asan olmadığını başa düşürük. Liviyada müxtəlif məqsədlər üçün ölkəni atəşə tutan irili-xırdalı bir çox yerli, regional və qlobal oyunçu var. Osmanlı dönəmində olduğu kimi bu gün də Türkiyə Respublikası humanist dəyərlər çərçivəsində Liviyaya yardım etmək üçün hər cür fədakarlıq edir. Son vəziyyətdə 19 yanvarda toplanacaq Liviya Konfransından əvvəl nisbi bir sükunət yaradılması çox vacibdir. Çünki əgər təmin edilən bu atəşkəs daimi olaraq qalsa, İtaliya Baş nazirinin də dediyi kimi, Berlində siyasi proses ciddi şəkildə başlaya bilər. Hal-hazırda heç bir rəsmiliyi olmayan Həftarı dəstəkləyən Fransa, Misir, BƏƏ və bir az geridə duran ABŞSəudiyyə Ərəbistanı və hər iki tərəflə də dialoqa girdiyini elan edən Rusiyanın mövqeyinə qarşı Türkiyə, Qətər və İtaliyanın qanuni Liviya hökumətini dəstəkləməsi çox dəyərlidir. Türkiyənin təkbaşına atdığı siyasi və hərbi addımlar Tripoli hökumətini uçurumun kənarından xilas edib.

Türkiyə, əsasən, 2011-ci ildə ortaya çıxan və həmin ilin oktyabrında Qəddafinin öldürülməsi ilə daha da kəskinləşən hadisələr dönəmindən bəri Liviyaya imkan daxilində çoxlu yardım və dəstək verib. Lakin zamanla ölkə daxilində baş verən hadisələr və xarici oyunçuların müdaxilələri ucbatından gözlədiyi nəticəni ala bilməyib. Lakin heç vaxt Liviyanın strateji önəmini gözardı etməyib və edə bilməz.

Türkiyənin 2011-ci ildən əvvəl Liviyaya yatırdığı 20 milyard dollardan çox investisiyaları da xatırlayaq. Lakin əsas məsələ 27 noyabrda Liviya ilə Türkiyə arasında imzalanan və Şərqi Aralıq dənizində 100 km-lik mavi vətən yaradan dəniz səlahiyyəti sahələrinin məhdudlaşdırılması ilə bağlı müqavilədir. Onsuz da 27 noyabrdan bu vaxta qədər hadisələrin nə dərəcə sürətləndiyini izləyənlər bilir.

Moskvadakı görüşlərdən gözlənilən nəticə çıxıb və şərtsiz olaraq atəşkəs elan edilib. Bu vəziyyətdə 19 yanvardakı Berlin Konfransı daha sakit vəziyyətdə keçəcək. Türkiyə Tunis və Əlcəzairi də Berlin görüşlərində iştirak etməyə təşviq edərək Şimali Afrikada küncə sıxılmış olan və Liviyanın xeyrini düşünəcək ölkələrin sayını artırmağa çalışır. Avropa Birliyinin əvvəldən bəri qeyri-səmimi və qeyri-etik münasibətinə qarşı, AB üzv olan İtaliyanın Liviyanın qanuni hökumətinə dəstək verməsi çox önəmlidir. Lakin unutmayaq ki, bu vəziyyətdən sonra Türkiyə və Rusiyanın Liviya məsələsində edəcəyi ortaqlıq bu problemin həllində önəmli rol oynayacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar