Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Rusiya Qarabağda hərbi əməliyyatların dayandırılmasını istəyirlər

Rusiyanın Xarici Işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən ciddi narahatlıqlarını ifadə edərək hərbi əməliyyatların dərhal dayandırılmasına tərəfdar olduqlarını bildiriblər.

Virtualaz.org bildirir ki, RF XİN-in cümə axşamı telefon danışıqlarının yekunlarına dair yaydığı məlumatda belə deyilir.

"Dağlıq Qarabağ ətrafında gərginliyin artması ətraflı müzakirə olunub. Nazirlər silahlı qarşıdurmanın davam etməsindən ciddi narahatlıqlarını ifadə edərək, hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini bildiriblər", - deyə sənəddə qeyd olunur.

Tərəflər "digər bölgələrdən qanunsuz silahlı birləşmələrin yaraqlılarının münaqişəyə cəlb olunmasının yolverilməzliyini"vurğulayıblar. "BakıYerevana siyasi-diplomatik yardım göstərilməsi baxımından ölçülüb - biçilmiş addımların atılmasına ehtiyac var", - deyə məlumatda bildirilir.

XİN başçıları "Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə qayıtmaq məqsədilə vəziyyətin sabitləşdirilməsi üçün Rusiya və Türkiyənin fəaliyyətinin sıx əlaqələndirilməsinə hazır olduqlarını" bəyan ediblər.

Bununla yanaşı, Lavrov Çavuşoğlunun diqqətini ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa dair səylərinə, o cümlədən Rusiya, ABŞ və Fransa prezidentlərinin oktyabrın 1-dəki birgə bəyanatına cəlb edib.

Nazirliyin məlumatında deyilir ki, tərəflər ikitərəfli gündəliyin aktual məsələlərinə də toxunub və gələcək əlaqələrin saxlanması barədə razılığa gəliblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar