Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Türkiyə və İsrailən bir-birinə qucaq açır?..

Ortaq düşmənlərin varlığı onların yaxınlaşması üçün əsas səbəbdir...

Amberin Zaman

“Əl-Monitor”, 28.05.2020

Son zamanlar Türkiyə ilə İsrail arasındakı münasibətlərdə mümkün yumşalma ilə bağlı nikbinlik yaranıb. Mümkün irəliləyişin əlamətləri İsrailin milli aviaşirkəti olan “El Al”-ın 10 il davam edən fasilədən sonra mayın 24-də İstanbula ilk reysini bərpa etdikdə görünüb. Uçuşlar 2010-cu ilin may ayında Qəzzaya yardım aparan “Mavi Marmara” gəmisinin göyərtəsində İsrail komandoslarının 9 türk fəalını öldürməsindən sonra dayandırılıb.

“El Al” COVID-19-la mübarizə aparan ABŞ həkimlərinə çatdırılmaq üçün tibbi ləvazimatı Türkiyəyə gətirsə də, prezident Rəcəb Tayyib Ərdoğan Amerika müsəlmanlarına ünvanladığı bayram müraciətində İsrailin Qərbi Şəriyyəni ilhaq etmək planlarını pisləyib.

İsrail tərəfindən "Fələstinin suverenliyinə və beynəlxalq hüquqa məhəl qoymayan yeni bir işğal və ilhaq layihəsinin" qurulduğunu bildirən Ərdoğan "Fələstin torpaqlarının kiməsə verilməsinə imkan yaratmayacağınını" bildirib.

O deyib: “Qüds dünyadakı bütün müsəlmanlar üçün qırmızı xəttdir".

Ərdoğan Ankaranın yəhudi dövlətinə qarşı ümumi mövqeyinin dəyişməz olduğunu açıqlayıb.

İsrailin Ankaradakı müvəqqəti işlər vəkili Roy Gilad təşvişə düşüb. Mayın 21-də “Halimiz” onlayn nəşrində Gilad səfir mübadiləsini bərpa etməyə çağırıb. 2018-ci ilin may ayında Türkiyə İsrail səfiri Eytan Naedən Qəzzadakı qırğınlara və Vaşinqtonun öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə görə Ankaranı tərk etməsini istəyib.

Gilad bildirib ki, tərəflərin "hər şey haqqında razılığa gəlməlidir". Onun fikrincə, Türkiyə Suriyada İsrailin ən böyük təhlükəsi olan İran və “Hizbullah”la ziddiyyətidir. “Bəs niyə fikir ayrılıqlarını ortaq maraqlara və düşmənlərə yönəltməyək?”

Reallıq budur ki, bunu etmək üçün heç bir tərəfin əsaslı səbəbi yoxdur, xüsusən də Benyamin Netanyahunun İsrail hökumətinin başında qaldığı müddətdə.

Ərdoğan Netanyahunun vəzifədə olduğu müddətdə münasibətlərin normallaşacağına inanmır, Netanyahu da eyni fikirdədir. "1949-la 2010-cu il arasındakı dövrdən fərqli olaraq, İsrail Türkiyəyə qucaq açmır. Onun maraqları çoxşaxəlidir, çünki Ərdoğan İsraillə münasibətləri avtobusun altına atıb”, - deyə bir mənbə “əl-Monitor”-a bildirib. O, 1990-cı illərdə Türkiyənin anti-islamçı generalları sayəsində Türkiyə-İsrail dostluğunun möhtəşəm günlərini xatırladıb.

Ərdoğan dövründə Türkiyə yüksək səviyyəli “Həmas” liderlərinə ev sahibliyi edir və "açıq-aşkar" anti-İsrail və antisemit ritorikası səsləndirir.

Netanyahunun rəhbərliyi altında İsrail Fələstin probleminin iki dövlətli həllindən imtina edib.

“İsraildə Türkiyə ilə yenidən münasibət qurmaq üçün siyasi iradə varmı? Niyə də olsun ki? Axı İsrail və Türkiyə bundan nə əldə edəcək?”

İsrailin Fələstin ərazisini ilhaq etməsi Ərdoğanın Fələstin gündəmi üçün təbliğat vasitəsi kimi çox faydalıdır. Yəhudi dövlətində səfiri olmayan Ankaranın yeganə açıq nöqsanı budur ki, “ilhaqa qarşı yumşaq diplomatik seçimi yoxdur". Bunu İsrail Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun baş elmi işçisi Qalliya Lindenstrauss bildirib.

Bununla yanaşı, iki ölkə arasında ticarət, əsasən Türkiyənin xeyrinə böyüyür. “El Al”-ın yük nəqlinin yenidən başlaması bu tendensiyanın əksidir. “Həmas”la bağlı sürtünmə hallarına baxmayaraq, tərəflər arasında kəşfiyyat əməkdaşlığı davam edir və İsrail mənbələri bunu təsdiqləyirlər.

Qatı anonimlik şərtiylə danışan iki etibarlı mənbəyə görə, Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan və israilli vəzifədaşı Yossi Koen son 10 ay ərzində ən azı iki dəfə, axırıncı kərə yanvar ayında görüşüblər. Xəbər doğrudursa, bunda qeyri-adilik yoxdur. Yəhudi dövləti ilə heç bir diplomatik əlaqəsi olmayan Körfəz dövlətləri də ümumi düşmənlərə qarşı kəşfiyyat məlumatı mübadiləsi aparırlar.

Mənbələrdən biri yanvar görüşünün Vaşinqtonda, daha əvvəl isə Berlində olduğunu söyləyib. Eyni mənbə, danışıqların mərkəzində Suriya, Liviya və Şərqi Aralıq dənizi mövzularının durduğunu dilə gətirib.

Yunanıstan, Kipr və Misirlə qazma hüquqlarına görə maraqları toqquşan Türkiyənin Aralıq dənizindəki çətinlikləri İsraillə yumşalmaya dair bəzi söz-söhbətlərə ilham verib. 2 həftə əvvəl Yunanıstan, Kipr və Misirin ortaq bəyanatında İsrailin imzasının yoxluğu münasibətlərin düzəldilməsi əlaməti sayılıb. Bu da, öz növbəsində, Türkiyə ilə İsrailin dəniz delimitasiyası sazişi üçün gizli danışıqlar apardığı iddiasına səbəb olub.

Lindenstrauss bildirib: "Hər halda, enerji qiymətlərinin azalması bölgədən təbii qazın ixracını şübhə altına alır. Əgər bu, bütün aktyorların hesablamalarını dəyişdirməyibsə, yaxın gələcəkdə nəsə olacağını gözləməliyik”.

Liviya məsələsinə gəlincə, Lindenstrauss bildirib: "İsrailin kifayət qədər problemləri var, bölgə aktyorlarının Türkiyə ilə yaşadığı digər qarşıdurmalara girmək o qədər də cəlbedici deyil".

Suriyada isə Türkiyə və İsrailin maraqları bir qədər üst-üstə düşür. Münaqişəyə İranın müdaxiləsindən bəri İsrail ölkənin hər yerində İranın hərbi aktivlərinə zərbələr endirir. Gilad Suriya rejiminə edilən hücumda Türkiyənin 50-yə yaxın hərbçisini itirməsindən sonra İdlibdə İranın dəstəklədiyi qüvvələri vurmaqda maraqların qarışıqlığının açıq olduğunu söyləyib.

“Türkiyənin İdlibdə İran və “Hizbullah” dəstəkli qruplarla toqquşması, “Həmas” üzərində təsiri onu İsrail üçün faydalı tərəfdaş halına gətirir. Buna görə də, şiə oxu böyüdükcə İsrailin Türkiyə ilə yeni bir açılış istəyi fikri tamamilə rədd edilə bilməz”, – analitik Çenq Saqnik bildirib.

Berlində fəaliyyət göstərən SWP düşüncə mərkəzinin dəvətli analitiki Həmidrza Əzizi Suriyada Ankara və Tehran arasındakı gərginliyin artdığı fikrinə razıdır, ancaq onun fikrincə, orada Türkiyə-İsrail əməkdaşlığının potensialı şişirdilir. "Əvvəldən bəri aydın olub ki, Türkiyənin Suriyanın şimal hissələrinə təsir zonası yaratmaq istəyi İranın bütün Suriya ərazisinə Bəşər Əsədin nəzarəti etməsi istəyi ilə ziddiyyət təşkil edir. İdlibdə Türkiyə ilə İranın dəstəklədiyi qruplar arasında birbaşa qarşıdurma məhz bu ziddiyyətin nəticəsidir".

Əzizi əlavə edib: "Ancaq düşünmürəm ki, bu, İsrail və ABŞ-ın İranın Suriyadakı təsirini ləğv etmə məqsədlərinə çatmağa kömək edəcək. İran artıq cənubda, xüsusən də cənub-şərqdə, Deyr əz-Zorda mövqeyini möhkəmlədib. Türkiyənin İranın dəstəklədiyi qruplara qarşı bu qədər irəliləməyə nə potensialı, nə də həvəsi var".

Tərcümə: Strateq.az

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyev təcili həbs edilməlidir” - Partiya sədrindən ittiham dolu açıqlama

Keçmiş komsomol həmkarı Ramiz Mehdiyevi canlı debata dəvət etdi: "Cüzi də olsa, cəsarət..."

Oğlunu Həzrəti Əli ilə müqayisə edən Siyavuş Novruzova cavab

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

Deputat İcra başçısının tələbinə etiraz etdi: "Qeyri-qanunidir"- Video

Oqtay Şirəliyevin Bakıda 1 hektarlıq villasının görüntüləri yayılıb – Foto

Oqtay Gülalıyevin oğlundan sensasion açıqlamalar

DİN rayonlarda “Subsidiya” əməliyyatına başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı - Yenilənib

"Ramiz Mehdiyev indi öz işinlə məğul ol" - Sabiq deputat

“Əsəb, stress, gərginlik qırmızı həddə yaxınlaşıb” - Xəbərdarlıq

loading...

Ən çox oxunanalar