Şənbə, 25 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Türkiyə Talibanın təhdidləri qarşısında nələr edə bilər?

Türkiyə Əfqanıstanda xidmət edərkən, bu ölkənin yerli xalqından, qəlbində aypara və ulduz sevgisi olan insanlardan necə faydalanacağını da bilməlidir...

Esedullah Oğuz
“The Independent” qəzeti, 22 iyul 2021-ci il

Amerikalıların Əfqanıstandan çəkilməsi tarixi yaxınlaşdıqca “Taliban” tərəfindən Türkiyəyə sərt mesajlar gəlməyə davam edir.

Əvvəla, qeyd etmək lazımdır ki, “Taliban” güman edildiyi kimi yüksək döyüş təcrübəsinə və qabiliyyətinə sahib deyil. Son 20 ildə nə NATO, nə də ABŞ əsgərlərini məğlub edə bilməyib. Əksinə, 11 sentyabr 2001-ci ildən bu günə qədər yüzlərlə yüksək səviyyəli “Taliban” komandiri və təşkilatın onlarla yüksək səviyyəli siyasi və dini lideri öldürülüb. Minlərlə insan əfqan təhlükəsizlik qüvvələri tərəfindən əsir götürülüb. Kabil hökuməti tərəfindən bu ilin əvvəlində sülh danışıqları üçün sərbəst buraxılan 5.000 nəfər hələ bu əsirlərin bir qismidir. Hələ minlərlə insan da əfqan həbsxanalarında çürüyür.

Bəs “Taliban”ı güclü və yenilməz edən nədir? Bunun bir çox səbəbi olsa da, ən əsası təşkilatın kor inamıdır. “Taliban” üzvləri ölümdən qorxmur, əksinə cihad etdiklərinə və öləndən sonra cənnətə gedəcəklərinə inanırlar. Son 20 ildə minlərlə “Taliban” intiharçısı Kabildə ən izdihamlı bazarlarda, bəzən məsciddə, şadlıq evində, bəzən də bir məktəbin qarşısında özünü partladıb. Ölümdən qorxmayan birini məğlub etmək mümkün deyil. Çünki itirəcəyi heç bir şey yoxdur.

Taliban” qüvvələrini yenilməz edən ikinci bir amil də Pakistanın Vəziristan bölgəsidir. Bura “Taliban”ın əsgərlərinin və terrorçuların yetişdirdiyi bölgədir. Hazırda buradan çıxan on minlərlə gənc Əfqanıstan çöllərində “Taliban” sıralarında döyüşür. Hər ölən “Taliban” əsgərinin yerinə Vəziristandan onlarla adam gəlir və qruplaşmanın sıralarını doldurur.

Qeyd etməliyik ki, Vəziristanın bir hissəsi də Pakistan dövlətinin nəzarəti xaricindədir. Keçən illərdə bu bölgədə Pakistan ordusu ilə “Pakistan Taliban”ı arasında şiddətli qarşıdurmalar yaşandı və tərəflər bir-birlərini tamamilə məğlub edə bilmədikdə məcburi atəşkəs əldə etdilər.

Digər bir amil də Vəziristandakı mədrəsələrin “Taliban”ın ideoloji strukturunu hazırlamasıdır. Bu bölgədəki mədrəsələr Sovet işğalından bəri vəhhabilərin sıx siyasi və dini təbliğatına məruz qaldığı üçün ənənəvi vəzifələrindən uzaqlaşaraq tamamilə siyasiləşdilər. Bu səbəbdən, mədrəsələrdə təhsil alan hər bir “Taliban”çı bunu Əfqanıstandakı xaricilərə və onları dəstəkləyən hökumətlərə qarşı mübarizə aparmaq üçün cihad kimi qəbul edir.

Taliban” hərəkatını yaşadan ən vacib amil Pakistanın 30 illik sarsılmaz və qətiyyətli dəstəyidir. Bu dəstək sadəcə yardımdan ibarət deyil, əksinə logistik, silah-sursat, hərbi, siyasi və diplomatik sahəni əhatə edir. Pakistanın əsas hədəfi Əfqanıstanda böyük əzəmətli düşməni Hindistana qarşı özü üçün strateji bir dərinlik yaratmaqdır. Bu səbəbdən də, Kabildə özünə tərəf olan bir təşkilatın təkbaşına iqtidara gəlməsini hədəfləyir. Bu təşkilat da təbii olaraq “Taliban”dır.

Məqalənin əvvəlində “Taliban”ın müharibə qabiliyyətinin zəif olduğunu, ancaq inancının çox güclü olduğunu bildirdik. Xatırladaq ki, 1990-cı illərdə böyük rüşvət müqabilində qarşı tərəfin komandirlərini ələ alaraq, Əfqanıstanın böyük bir hissəsini ələ keçirmişdi. Bu gün təşkilat yenə eyni taktikanı sınayır. Son bir neçə ayda əfqan təhlükəsizlik qüvvələrindən bir çox komandir və polis rəisinin “Taliban”ın tərəfini tutmasından sonra yüzlərlə bölgə bir anda ələ keçirildi.

Başlıqdakı suala gəlincə isə Türkiyə 11 sentyabr 2021-ci ildən sonra Kabil Hava Limanının təhlükəsizliyini öz üzərinə götürəcəksə, ilk növbədə Pakistana müdaxilə edərək “Taliban” ilə razılığa gəlməlidir. Qarşı tərəf buna razı deyilsə, Türkiyə Əfqanıstan dövlətinə Kabil, Məzari-Şərif və Hərat kimi şəhərlərdə PUA bazaları quraraq hava dəstəyi verə bilər. PUA atəşi nəticəsində “Taliban”ın beli qırılarkən, əfqan ordusu bölmələri bir çox bölgədə yenidən hakimiyyətini bərpa edə bilər.

Taliban”ın əlindəki ən vacib kozur intihar hücumları olacaq. Bunun üçün Türkiyə Kabil xaricindəki nümayəndəliklərini kiçiltmək və ya tamamilə bağlamaq kimi müəyyən tədbirlər ala bilər. Bundan əlavə, Əfqanıstan dövlətinin razılığı ilə Türkiyə Kabil Hava Limanının ətrafını qorumaq üçün əfqan özbəklərindən və türkmənlərindən ibarət bir və ya iki min nəfərlik milis qura bilər. Bu bölmə General Dostumun və ya digər türk mənşəli komandirlərdən təcrübəli adamlarından ibarət ola bilər.

Milis gücünün türk mənşəli olmasının səbəbi onun sadiqliyini təmin etməkdir. Çünki Əfqanıstanda ən vacib problem etibar və sədaqətdir. Son illərdə yüzlərlə Amerika və NATO hərbi təlimçisi “Taliban” ilə əməkdaşlıq edən əfqan əsgərləri tərəfindən öldürüldü. Keçmiş prezident Karzainin qardaşı “Taliban” casusu olan cangüdəni tərəfindən öldürülüb. Əfqan əsgərləri arasında belə işlərə qarışan bircə dənə də türkmən və ya özbək əsgəri yoxdur.

Türkiyə “Taliban”a rəğmən, Kabil hava limanının təhlükəsizliyini və istismarını öz üzərinə götürmək istəyirsə, o zaman Pakistan-Türkiyə qardaşlığı ciddi bir sınaqdan keçəcək. Çünki ilk dəfədir ki, qardaşlıq və dostluq ritorikası ilə çıxış edən bu iki ölkə üz-üzə qalacaq. Pakistan Türkiyəyə qarşı həqiqətən səmimi davransa, “Taliban”ın qarşısını ala bilər. Ancaq 20 il ərzində ABŞ-ın üzünə gülüb, arxasından iş çevirən Pakistanda səmimiyyət axtarmaq sadəlövhlük olar.

Həmçinin, vurğulanmalıdır ki, “Taliban”ın İslam inancı ilə Türkiyənin ənənəvi İslam inancı arasında heç bir oxşarlıq yoxdur. “Taliban” sadə hadisələr üçün qol kəsən, adi cinayətlərə görə insanları boğan, məscidlərdə və izdihamlı bazar yerlərində bomba partladan və hətta 7-15 yaşlı qızların getdiyi məktəbin qarşısında məsafədən idarə olunan bombanı partladan, İŞİD-lə eyni düşüncəyə sahib bir terror təşkilatıdır. Türkiyə Əfqanıstandakı varlığını davam etdirəcəksə, bu və ya digər şəkildə bu təşkilatla qarşılaşacaq. Buna görə də sadə bir hazırlıq kifayət deyil. Ən pis ssenariləri nəzərə alsaq, bütün detalları əhatə edən hərtərəfli bir plana və hazırlığa ehtiyac var.

Türkmənlərin bir atalar sözündə də deyildiyi kimi, vətəni ən yaxşı tanıyan oranın sakinləridir. Beləliklə, Türkiyə Əfqanıstanda xidmət edərkən, bu ölkənin yerli xalqından, qəlbində aypara və ulduz sevgisi olan insanlardan necə faydalanacağını da bilməlidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

ABŞ-da ard-arda anti-Azərbaycan qəralar qəbul edilir... - Bizim Minsk qrupunu tərk etməyimizin vaxtı çatmayıbmı?

Operativ Qərargahın Məlumatı: Karantin qaydaları sadələşdirildi

Eldar Həsənov prokurorun suallarını cavablandırıb

Köçkünlərin Zəngilana qayıdacaqları vaxt məlum oldu

Azərbaycanda yoluxma sayı niyə azalır? - “Vaksinasiya ilə əlaqəsi yoxdur"

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

Səfir İran Ordusunun Azərbaycanla sərhəddə təlimlər keçirməsinə aydınlıq gətirib

Daşkəsəndə itkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıb

"Sədərək Yusif" təbiəti belə məhv edir - Foto

İlham Əliyev üçtərəfli bəyanat imzalanmazdan əvvəl Putinlə danışıqlarının detallarını açıqlayıb

Ən çox oxunanalar