Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə taleyini həll etməyə hazırlaşır – Döyüş meydanı böyük şəhərlərdir

Türkiyədə demokratik sistem mövcuddur. Seçkinin taleyini seçici həll edir

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Seçkidə 13 siyasi partiya iştirak edəcək. Artıq siyasi qüvvələr də öz cəbhələrini formalaşdırıblar. Hakim AKP və Milliyətçi Hərəkat Partiyası "Cümhur İttifaqı" formasında seçkiyə qatılacaq. Ana müxalifət sayılan CHP və digər müxalif partiyalar isə "Millət İttifaqı" birliyi ilə mübarizə aparacaqlar.

Ukraynada seçki həyəcanı: Poroşenko Timoşenkonu geridə qoydu

Hesab edilir ki, CHP-nin PKK-ya yaxınlığı ilə bilinən HDP ilə ittifaq qurması barədə yayılan məlumatlar bu cinahı zəiflədir və səs faizinə mənfi təsir göstərir. Əsas resursların hakim qüvvənin əlində olduğunu nəzərə alan siyasi araşdırmaçılar İstanbul və Ankara şəhərləri daxil olmaqla ölkənin böyük əksəriyyətində "Cümhur İttifaqı"nın qələbə qazanacağını bildirirlər. İlkin rəy soğruları da AKP və MHP cütlüyünün digər siyasi partiyalardan öndə olduğunu göstərir.

Araşdırmaçılara görə, ana müxalifət partiyası CHP seçkiyə HDP ilə müttəfiq olaraq qatılacağı ehtimalı azdır. Lakin reallıq odur ki, CHP-nin üstün olduğu bölgələrdə HDP, HDP-nin üstün olduğu bölgələrdə isə CHP namizəd irəli sürməyib. Yəni iki partiya bir-birini dəstəkləyir. HDP ilə yaxınlaşan CHP kürd seçicilərin səsinə ümid edir. Ancaq son iki seçki, həm referendum, həm də prezident seçkiləri göstərdi ki, bu, aldadıcı metoddur. AKP Van və Mardin kimi 2-3 şəhər istisna olmaqla, hətta Hakkari, Bitlis və Şanlıurfa kimi kürd seçicilərinin çox olduğu şəhərlərdə də üstünlüyü ələ alıb.

Proqnozlara görə, 3 böyük şəhərdən İstanbulda hakim partiyanın namizədi Binəli Yıldırımın şansı daha böyükdür. Ankarada isə hələlik güclər nisbəti bərabərdir. İzmir hər zaman CHP-nin “qalası" olub, lakin bu dəfə AKP orada ciddi fiqurun namizədliyini irəli sürüb. Ümumən, seçkidə AKP-MHP ittifaqının qalib gələcəyini ehtimal etmək olar.

Təhlillər onu göstərir ki, müxalifətdə olan CHP və MHP koalisiya qursaydılər bir sıra yerlərdə seçkiləri uda bilərdilər.

Türkiyədə bələdiyyələr iki qrupa bölünür. Ən əsas mübarizə Ankara, İstanbul və İzmir bələdiyyəsi uğrunda gedir. Cümhuriyyət elan olunduqdan bəri İzmir solun, əsasən də CHP-nin əlində olub. Hətta AK Partiya belə 16 illik iqtidarı ərzində nə qədər çalışsa da, İzmirdə qələbə qazana bilməyib. 2014-cü ildə AK Partiya bu şəhərdən hazırda İstanbuldan irəli sürdüyü Binali Yıldırımın namizədliyini irəli sürmüşdü. Ancaq Yıldırım çox cüzi səslə məğlub oldu.

Kamal Kılıçdaroğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə namizəd olaraq İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə sədri Əkrəm İmamoğlunu elan etdi. Ə.İmamoğlunun Yıldırımın qarşısında şansı çox zəifədir. Bəs niyə Kılıçdaroğlu Yıldırımın qarşısına zəif namizəd çıxardı? Araşdırmaçılara görə, bu partiya daxili siyasi mübarizə ilə bağlıdır.

AK Partiyanın seçkilərdə Binali Yıldırımın namizədliyini irəli sürməsinin isə bir neçə səbəbi var. Birincisi, Ərdoğan nəyin bahasına olur olsun İstanbulu əlində saxlamaq istəyir. İkincisi, Kadir Topbaşın dövründə İstanbulda iqtidarın nüfuzu xeyli aşağı düşmüşdü. Üçüncüsü isə varis məsələsidir. Bəzi araşdırmaçılara görə, Ərdoğanın özündən sonraya varisi kimi görmək istədiyi əsas siyasətçi məhz Binali Yıldırımdır. Bunun üçün isə onun güclü idarəçilik sistemi qurması, Türkiyədə nüfuzunun artması şərtdir. Əgər Yıldırım İstanbulda uğur qazana bilsə Ərdoğanın varisi ola bilər.


Türkiyənin mafia lideri tərəfdarlarını seçki üçün silahlanmağa çağırıb

Yəni, bu həm də Yıldırım üçün bir növ imtahan rolunu oynayacaq. Digər bölgələrdə isə fərqli formada seçki yarışı gedəcəyini ehtimal etmək olar. Məsələn, Anadolunun mərkəzi hissəsindəki əhalinin əksəriyyəti AK Partiyanı, Qara dəniz bölgəsi CHP-ni, cənub-şərqi bölgə isə əsasən HDP-ni dəstəkləyir. Ancaq terrorla son mübarizədən sonra burada AK Partiyanın nüfuzu xeyli artıb. "Cumhur İttifaqı" pozulsa da, Ərdoğan yenə böyük ustalıqla MHP ilə razılaşa bildi. Bəzi bölgələrdə AK Partiya namizəd irəli sürməyərək MHP-nin namizədini dəstəklədi. Müxalifətdə də CHP-İyi Partiya-Səadət ittifaqı yenidən davam edir. HDP-nin də CHP ilə ittifaqda olduğu deyilsə də, CHP rəhbərliyi bunu təkzib edir. Lakin HDP rəhbərliyində təmsil olunan şəxslərin zaman-zaman verdiyi açıqlamalar bəzi yerlərdə qeyri-rəsmi formada bir ittifaqın olduğunu düşünməyə əsas verir. Türkiyədə bələdiyyələrin səlahiyyəti yüksək olduğu üçün bu seçkilər çox önəmlidir. Ərdoğan üçün bu "2023 vizyonu" baxımından, Kılıçdaroğlu üçün isə zəifləmiş nüfuzunu bərpa etmək üçün həyati əhəmiyyət daşıyır.

Lakin Türkiyədə demokratik sistem mövcuddur. Seçkinin taleyini seçici həll edir. Bu baxımdan, deyilən yalnız bir ehtimaldır. Kimin qalib gələcəyi seçki günü bəlli olacaq...(Sputnik)

Azər RƏŞİDOĞLU

pia.az


Etiket: Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Türkiyə taleyini həll etməyə hazırlaşır – Döyüş meydanı böyük şəhərlərdir

İlham Əliyevin ən yeni siyasi texnologiyası: “Danışan Azərbaycan Prezidentidir!”

Ən çox oxunanalar