Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Suriyanın şimalında mövqelərini gücləndirdi, 20 minlik yeni qruplaşma yarandı

Türkiyənin Suriyanın şimalında mövqelərini və hərbi iştirakını möhkəmləndirən hadisə baş verib.

virtualaz.org xəbər verir ki, Türkiyə qoşunlarının nəzarətində olan bölgələrdə fəaliyyət göstərən beş müxalif silahlı qruplaşma birləşib və vahid ordu-“Suriya azadlıq cəbhəsi” yaradıb. 20 minlik bu silahlı qruplaşmaya general Mütəssim Abbas başçılıq edir.

Yeni struktura “Firkət əl-Həmzə” (“Əl-Həmzə diviziyası”), “Firkət əl-Mütəssim” (“Əl-Mütəssim diviziyası”), “Firkət əl-Sultan Süleyman Şah” (“Süleyman şah diviziyası”), “Liva Sukur əş-Şimal” (“Şimal qartalları”) və “20-ci diviziya” daxil olublar. Birləşmiş silahlı qruplaşmanın yaradılması mərasimi ötən gün sentyabrın 10-da Türkiyə ordusunun nəzarətində olan Əl-Bab şəhərində keçirilib.

General Abbas bildirib ki, “Suriya azadlıq cəbhəsi” Türkiyə ordusu ilə birlikdə Suriyanın şimal əyalətlərində terrorçu qruplara qarşı döyüşəcək. Birləşmiş qruplaşmanın tərkibində ərəblər və türkomanlar yer alır. Bu, Suriyanın şimalında Türkiyəyə bağlı ikinci iri hərbi qruplaşma olacaq. İndiyədək bu regionda ən iri qruplaşma 30 minlik “Suriya Milli Ordusu” idi. “Suriya Milli Ordusu” Türkiyənin Suriyanın şimalında PKK/YPG terrorçularına və İŞİD-ə qarşı həyata keçirdiyi hər üç hərbi əməliyyatlarda iştirak edib.

Hesab olunur ki, Suriyanın şimalında Türkiyəyə bağlı ikinci iri hərbi qruplaşmanın meydana çıxması bu regionu Əsəd rejiminin nəzarətinə qaytarmağa çalışan Rusiya üçün xoş sürpriz deyil. 2020-ci ilin martında Əsəd ordusu Rusiyaİran muzdluları ilə birlikdə, Rusiya aviasiyasının güclü hava dəstəyi ilə Suriyanın şimal regionlarına hücuma keçsə də uğur qazana bilməmişdi. Bu döyüşlərdə Türkiyənin “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin tətbiqi hərbi əməliyyatların gedişini dəyişdirdi və nəticədə Əsəd rejimi ilə onun tərəfində döyüşən qruplaşmalar atəşkəsə razılıq verdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar