Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə şirkətləri 10 milyard dollardan çox dəyəri olan layihələrdə iştirak ediblər”

“Türkiyə şirkətləri artıq bizim layihələrdə yer alıblar. Bizim üçün strateji önəm daşıyan Füzuli, Şuşa yolunun inşası ilə bağlı Türkiyə şirkətləri fəaliyyətdədirlər”.

Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Ölkə başçısının sözlərinə görə, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da Türkiyə şirkətləri fəaliyyət göstərirlər:

“O yol çox mürəkkəb ərazidən keçir. Orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib. Bununla paralel olaraq, dövlət xətti ilə icra edilən layihələrdə ən çox yer alan Türkiyə şirkətləridir. Dəqiq məlumat xatırlamıram, amma təxmini olaraq, 10 milyard dollardan çox dəyəri olan layihələrdə Türkiyə şirkətləri iştirak ediblər”.

“Görüləcək işlərin həcmi çox böyükdür. Artıq bu barədə Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla da dəfələrlə danışmışıq. Biz bütün işləri birgə edəcəyik. Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq”, - deyə İ.Əliyev qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar