Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə ordusu Qarabağa gəlir, Putin əvəzində...” – “Münaqişənin özü qalır, amma oradakı rollar dəyişir...”

Ermənistan girova çevrilir, Türkiyə nüfuzlu xarici oyunçu kimi çıxış edir, Azərbaycan isə hərbi qələbənin siyasi nəticələrini möhkəmləndirir”

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda yaranmış mövcud vəziyyəti şərh edərkən Türkiyənin buradakı roluna xüsusi olaraq toxunub. Sözsüz ki, o, bu mövzudan yan keçə bilməzdi.

Bildiyimiz kimi, bir neçə əsr ərzində Rusiya ilə Türkiyə arasında Balkanlar, Qara dəniz hövzəsi və Qafqaz uğrunda amansız mübarizə gedib. Rusiya hələ ki, özünün nüfuz və təsir sferası hesab etdiyi Qafqaza nəzarət etmək gücündədir. Amma SSRİ dağılandan indiyə qədər regionda yeni geosiyasi reallıq meydana gəlib və Kreml tədricən zamanın tələbilə barışmaq məcburiyyətində qalıb. Belə ki, Türkiyə artıq Qafqaz bölgəsində danılmaz siyasi və hərbi faktora çevrilir. Və Rusiya bunu inkar edə bilməz.

“AzPolitika.info” xəbər verir ki, sözügedən məsələ ilə əlaqədar beynəlxalq KİV-lərdə müxtəlif şərhlərə rast gəlinir və onların bir çoxu ciddi marağa səbəb olur.

Məsələn, Ukraynanın “Apostrof” internet portalındakı “Türklər Qarabağa gəlir: Putinin güzəşti və ya yeni müharibə” başlıqlı məqalədə deyilir: ”Putinin bəlağətli çixışından gəlinən nəticəyə görə, o, Türkiyənin Cənubi Qafqazda güclənməsinə razı olmasa da, nə vaxtlarsa yalnız Rusiyanın təsir zonası sayılan ərazilərə türklərin girməsinə bəraət qazandırmağa hazırlaşır. İstanbuldakı “Beynəlxalq Starteji Analiz və Araşdırma Mərkəzi”nin rəhbəri Əhməd Ağgül hesab edir ki, Türk Ordusu Qarabağ ərazisinə yerləşdiriləcək.

O, deyib: ”Türkiyə regionda dayanıqlı sülhü təmin etmək üçün Rusiya sülhməramlı güclərilə birlikdə fəaliyyət göstərmək niyyətindədir, lakin bunun necə baş verəcəyi hələ tam aydın deyil. Çox böyük ehtimalla, onlar Azərbaycanın azad etdiyi ərazilərdə yerləşdiriləcək. Putin bildirib ki, Türkiyə beynəlxalq hüququ pozmur və Rusiya Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirak hüququna malik olduğunu qəbul edir”.

Amma türk hərbi kontingentinin Qarabağda iştirakı heç də Putinin xoş məramından və beynəlxalq hüquq normalarına hörmətindən irəli gəlmir.

”Yaxın Şərq Araşdırmalar Mərkəzi”nin direktoru İqor Semivolosun fikrinə görə, Vladimir Putin, sadəcə, mövcud reallıqlardan çıxış edir.

İ.Semivolos bildirib: ”Biz münaqişənin nəticələrini görürük. Rusiyanın Cənubi Qafqazdakı müttəfiqi məğlub olub, bu, Vladimir Putinin fəaliyyətini əks etdirən faktdır. Yəqin ki, elə məhz buna görə, onun mətbuata verdiyi müsahibədə beynəlxalq hüquq xatırladılıb.

Putinin belə bir fikir söyləməsi Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirak imkanının real səbəbini izah etməkdən daha çox, öz imicini qorumağa hesablanıb. Mən düşünürəm ki, Azərbaycan Türkiyə hərbi kontingentini Qarabağ ərazisində yerləşdirə bilər. Deyərdim ki, azərbaycanlılar bunu mütləq etməlidirlər ki, Moskva hər şeyi özü həll etməsin, çünki Rusiya razılaşmaları heç zaman yerinə yetirmir. Türkiyə kontingenti bu məsələdə önləyici faktor ola bilər”.


“Beynəlxalq Perspektiv Araşdırmalar Mərkəzi”nin eksperti Nikolay Kapitonenkonun fikrinə görə isə, Qarabağın tam şəkildə təhvil verilməsi nəzərdə tutulmur: ”Moskva riksləri azaltmaq və Ermənistan üzərində təsiri saxlamaqla yanaşı, vəziyyətin bir hissəsinə nəzarəti öz əlində saxlamağa cəhd edir. Digər tərəfdən isə, Rusiya Türkiyənin siyasi qazancını məhdudlaşdırmağa çalışır. Münaqişənin özü qalır, amma oradakı rollar dəyişir. Ermənistan girova çevrilir, Türkiyə nüfuzlu xarici oyunçu kimi çıxış edir. Azərbaycan isə hərbi qələbənin siyasi nəticələrini möhkəmləndirir. Təşəbbüs Türkiyənin tərəfindədir, lakin Ankara regionda gərginliyə getməyəcək. Əldə edilmiş kompromis variant hamıya sərf edir, bundan sonrakı müharibənin hətta Azərbaycan üçün siyasi mənası yoxdur”.

Maraqlıdır ki, hazırda ermənilər artıq Rusiyanı özlərinə “böyük qardaş” saymırlar. Onlar Rusiyanın öz müttəfiqlik borcunu yerinə yetirməməsindən narazıdırlar. Müxtəlif hesablamalara görə, erməni ana və ataların döyüşə gedən beş min övladı cəbhədən sağ qayıtmayıb. Dağlıq Qarabağda yaşayan ermənilər evlərini tərk etmək məcburiyyətindədirlər.

Rusiyada deyirlər ki, Paşinyan Avropaya tərəf yönəldiyi və “erməni maydanı” vasitəsilə hakimiyyətə gəldiyi üçün Putin onu sadəcə, “silib” ortadan çıxarır”.

Almaniyanın “Die Tageszeitung” qəzetinin “Ankaranın qoşun göndərməsinə imkan verilib” başlıqlı məqaləsində isə deyilir: ”Putin Türkiyə Ordusunun Qarabağda yerləşdirilməsi əvəzinə Azərbaycan ərazisində müştərək Rusiya-Türkiyə müşahidə məntəqəsi yaratmağı təklif edir. Həmin mərkəz vasitəsilə əsasən havadan müşahidə aparılacaq. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, Türkiyə bu məqsədlə dronlardan istifadə edə bilər. Yəqin ki, Ərdoğan bu təkliflə razılaşacaq, axı, hər halda, Türkiyə Birinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, rəsmi surətdə Qafqaza daxil olacaq. Üç ölkə arasında bağlanmış müqavilədə Türkiyə üçün daha bir mühüm məqam nəzərdə tutulur: Azərbaycanın israrıyla Ermənistan öz ərazisindən Türkiyə ilə sərhədi olan Naxçıvana tranzit dəhliz açılmasına razılıq verib. Beləliklə, Türkiyə Azərbaycanla birbaşa quru əlaqəsi quracaq.”

ABŞ-ın “The New York Times” qəzeti ”Təhlükəli müharibənin sürətli sonluğu” başlıqlı məqaləsində yazır: “Hərçənd ki, Rusiya təhlükəli alovu sondürdü və öz keçmiş ərazilərindəki təsirini nümayiş etdirdi, lakin qəti zəfər əldə edə bilmədi. İndi Moskva beş il ərzində 2000 nəfərlik sülhməramlı kontingentini “yaxın xaric” adlandırdığı təlatümlü ərazilərin bir hissəsinə yerləşdirməklə öz üzərinə öhdəlik və məsuliyyət götürdü, hələ üstəlik burada Türkiyə ilə də üzləşəcək”.

Göründüyü kimi, dünya mətbuatında da regionda baş verənlərə münasibət birmənalı deyil. Lakin istənilən halda, bütün ciddi mətbu orqanlar və təhlilçilər Azərbaycanın birmənalı hərbi və siyasi qələbəsini etiraf etməkdədirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar