Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə mətbuatı Mübariz Mənsimovun erməni iş adamı ilə əlaqələrini ifşa etdi

FETÖ ilə əlaqədar həbs edilən biznesmen Mübariz Mənsimovun amerikalı ortağı Levon Termenjyana ABŞ Xəzinəsini 1 milyard ABŞ dolları aldatdığı səbəbilə 130 il həbs cəzası istənilib

“Report” xəbər verir ki, bu barədə "Habererk" yazıb.

Məlumata görə, “Noil Energy” şirkətinin idarə heyətinin sədri Levon Termenjyan "Washakie Renewable Energy” şirkətlərinin sahibi Ceykop və İsaya Kinqston qardaşları ilə birgə ABŞ Xəzinəsindən saxta sənədlərlə gerçəkdə mövcud olmayan ixracatı edərək 1 milyard ABŞ dollar dəyərində vergi qaçaqçılığı və haqsız yerə subsidiya almaqda təqsirləndiriliblər.


2020-ci ilin yanvarın 27-də Yuta ştatının paytaxtı Solt-Leyk-Sitidə məhkəmə qarşısına çıxan Termenjyana 10 ayrı-ayrı cinayətə görə 130 ilədək, cinayəti boynuna almış Kinqston qardaşları üçün isə 30 ilədək həbs cəzası tələb edilib. 7 həftə çəkən proses nəticəsində onların cinayətkar olduğu məhkəmə tərəfindən təsdiqlənib. Məhkəmə təqsirləndirilən şəxslərin həbs cəzasının müddətini növbəti günlərdə açıqlayacaq.

Qeyd edək ki, Mübariz Mənsimov daha öncə Levonla olan münasibətini inkar etmişdi. M.Mənsimov L.Termenjyanla ortaq olduğu xəbərlər haqqında “Heç bir erməni mənə yaxın dura da bilməz. Bu cür iddialar erməni diasporasının iftiralarıdır” demişdi. Bundan başqa, o, “Şirkətimdə 3-cü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir” söyləmişdi.

Ancaq bununla belə, L.Termenjyanın oğlu Corc Termenjyan məhkəmədə Mənsimovun söylədiklərini yalanlayıb:


“Mübariz Mənsimov bizim partnyorumuz olub. Mansimov ilə 2016-cı ildə atamın təlimatı ilə Kaliforniya mərkəzi “Palmali USA LLC” adlı şirkət qurmuşduq. Mübarizin söylədikləri yalandır”.

2018-ci ildə ABŞ-da həbs edilən Termenjyan və Kinqston qardaşları Mübariz Mənsimov ilə birgə 2016-cı ilin oktyabrın 27-də neftdaşıma məqsədilə 201630710161 qeydiyyat nömrəli “Palmali USA LLC” adlı gəmi şirkətini qurublar.

Kaliforniya ştatının rəhbərliyi tərəfindən 2016-cı ilin 18 noyabr tarixli və 16-499992 nömrəli sənəddə “Palmali USA LLC” şirkətində Levon Termenjanın oğlu Corcun menecer olaraq təyin edildiyi, şirkət mərkəzinin isə 1234 W Cowles St, Long Beach, CA 90813 ünvanında olduğu qeyd edilib.

pia.az


Etiket: Mənsimov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar